Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
20 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Qiymətli kağızın ISIN kodu: AZ0105026949
Emissiya həcmi: 10 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 728 gün
Faiz ödənişləri: 21 mart 2023-cü il,19 sentyabr 2023-cü il, 19 mart 2024-cü il,17 sentyabr 2024-cü il
Faiz gəliri: 4.5 %
Ödəmə tarixi: 17.09.2024
Anderrayter: “Paşa Kapital İŞ”QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
32 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
























