Xalq Bankdan yeni kampaniya - XalqKartı pulsuz əldə edin!
(®)Xalq Bank Yeni il ərəfəsində yeni kampaniyaya start verir.
26 dekabr - 31 yanvar tarixləri arasında XalqKart PETROL və ya XalqKart CASHBACK kartını sifariş edənlərə ilk 100 AZN ekvivalentində nağdsız ödənişlərdən sonra kartı əldə etmək üçün ödənilmiş 15 AZN geri qaytarılacaq. 100 AZN nağdsız dövriyyənin aparılması üçün son tarix 28 fevraldır. 15 AZN kəşbək məbləği dövriyyə tələbini icra etmiş kartlar arasında satış ardıcıllığı nəzərə alınmaqla ilk 1000 karta qaytarılır.
3 illik müddətə təqdim edilən XalqKart Petrol həm ölkə daxilində, həm də xaricdə ticarət və xidmət obyektlərində nağdsız ödənişlər həyata keçirməklə hər əməliyyata görə 3%, tərəfdaş şəbəkəsində 40%-dək Oil bonusları qazandırır. Toplanmış Oil-lər ölkənin ən geniş YDM şəbəkəsi olan Azpetrol YDM-lərində pulsuz yanacağa dəyişdirilir. Beləliklə, müştərilər gündəlik alış-veriş etməklə həm də yanacaq sərfiyyatında qənaət etmiş olurlar.
XalqKart Cashback - xərclədikcə rahat şərtlərlə kəşbək qazandıran ödəniş kartıdır. 4 valyutada olmaqla (AZN/USD/EUR/GBP) 3 il müddətinə təqdim edilən bu kartla aparılan gündəlik alış-verişlər və nağdsız ödənişlər 2 %, tərəfdaş şəbəkəsində edilən ödənişlər isə 40 %-dək kəşbək qazandırır.
Milli valyutada olan XalqKart Petrol və XalqKart Cashback kartları müştərilərə kart hesabındakı qalığına hər ay əlavə illik 2 % gəlir də qazandırır. Həmçinin XalqKart-da hesabda olan vəsaitləri Xalq Bankın bankomatlarında komissiyasız nağdlaşdırma və balansın komissiyasız artırılması imkanları mövcuddur.
XalqKartı əldə etmək çox rahatdır: bunun üçün kartı onlayn sifariş etmək, yaxud Bankın geniş filial şəbəkəsinə müraciət etmək kifayətdir. XalqKart haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kartlar
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 d. əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
























