Azərbaycanın ixracı azalıb
2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 73 ölkəyə məhsul ixrac olunmuş, 132 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 591,4 milyon ABŞ dolları təşkil etmişdir.
Ticarət dövriyyəsinin 3 milyard 178,7 milyon dollarını və ya 69,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 412,7 milyon dollarını (30,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 766,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,6 faiz, real ifadədə 3,9 faiz, o cümlədən idxal 18,7 faiz artmış, ixrac isə 1,0 faiz azalmışdır.
2023-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,5 faiz, real ifadədə 19,8 faiz artaraq 284,5 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19,8 faizi İtaliya, 12,2 faizi Türkiyə, 10,2 faizi Rusiya, 7,2 faizi İsrail, 5,8 faizi Çin, 5,7 faizi Fransa, 4,9 faizi Almaniya, 3,3 faizi Hindistan, 2,8 faizi Vyetnam, 2,7 faizi Çexiya, 2,1 faizi Gürcüstan, 2,0 faizi Türkmənistan, hər biri 1,8 faiz olmaqla Rumıniya və Avstriya, hər biri 1,7 faiz olmaqla İrlandiya və Yunanıstan, 1,5 faizi Qazaxıstan, hər biri 1,3 faiz olmaqla ABŞ və İran, 10,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 32,2 faizini İtaliyaya, 12,6 faizini İsrailə, 11,7 faizini Türkiyəyə, 5,1 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,5 faizini Vyetnama, 4,3 faizini Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,4 faizini Gürcüstana, hər biri 3,0 faiz olmaqla Rumıniya və İrlandiyaya, 2,9 faizini Yunanıstana, 2,8 faizini Avstriyaya, hər biri 1,0 faiz olmaqla Liviya və İspaniyaya, 0,7 faizini Ukraynaya, 3,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,5 faiz), Rusiyaya (23,9 faiz), Gürcüstana (8,6 faiz), Ukraynaya (4,6 faiz), İsveçrəyə (2,6 faiz), Qazaxıstana (2,4 faiz), Kiprə (1,6 faiz), Türkmənistana (1,5 faiz), Rumıniyaya (1,5 faiz), Niderlanda (1,4 faiz), Almaniyaya (1,2 faiz), İrana (1,1 faiz), Özbəkistana (1,1 faiz), İtaliyaya (1,0 faiz), İspaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,0 faizi Rusiya, 13,1 faizi Fransa, hər biri 12,9 faiz olmaqla Çin və Türkiyə, 4,6 faizi Almaniya, 4,4 faizi Türkmənistan, 3,4 faizi İtaliya, 3,0 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,7 faizi İran, 1,8 faizi Koreya, 1,6 faizi Ukrayna, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, 1,3 faizi Birləşmiş Krallıq, 12,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 2,3 dəfə, meyvə və tərəvəz şirələri – 67,2 faiz, meyvə və tərəvəz konservləri – 2,6 dəfə, çay – 95,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,6 dəfə, 3 marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, polipropilen – 74,0 faiz, emal olunmamış alüminium – 21,8 faiz, mineral gübrələr – 29,8 faiz, sement klinkerləri – 16,7 faiz artmış, təzə meyvə ixracı isə 6,3 faiz, təzə tərəvəz – 6,0 faiz, tütün – 70,8 faiz, kartof – 41,7 faiz, bitki yağları – 77,5 faiz, pambıq lifi – 17,7 faiz, polietilen – 3,4 faiz, qara metallardan borular – 12,4 faiz, pambıq ipliyi – 29,5 faiz, bentonit gili – 41,2 faiz, qara metallardan çubuqlar – 81,2 faiz azalmışdır.
2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında buğda idxalı 52,2 faiz, şokolad və şokolad məhsulları – 37,8 faiz, unlu qənnadı məmulatları – 8,3 faiz, çay – 31,6 faiz, minik avtomobilləri – 23,5 faiz, polad prokatı – 86,9 faiz, qara metallardan borular – 20,0 faiz, sintetik yuyucu vasitələr – 28,5 faiz, qara metallardan çubuqlar – 69,2 faiz, polietilen – 40,6 faiz, yük avtomobilləri – 2,7 faiz, mineral gübrələr – 30,2 faiz, paltaryuyan maşınlar – 2,4 dəfə, sement – 26,2 faiz artmış, təzə meyvə idxalı isə 4,0 faiz, bitki yağları – 55,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,1 faiz, kartof – 26,5 faiz, quş əti və onun əlavə məhsulları – 22,1 faiz, təzə tərəvəz – 30,2 faiz, mal əti – 7,2 faiz, siqaretlər – 18,7 faiz, xam şəkər – 99,8 faiz, dərman vasitələri – 15,7 faiz, hesablama maşınları, blok və qurğuları – 44,4 faiz, rezin şinlər – 4,3 faiz, mebellər – 15,1 faiz, qara metallardan künclüklər – 18,0 faiz, polipropilen – 23,6 faiz, məişət kondisionerləri – 26,1 faiz, avtobuslar – 63,6 faiz, məişət soyuducuları – 50,8 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
9 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
11 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
12 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif













