“Üzən məzənnə”yə keçməyi yubatsaq, daha çətin şəraitlə üzləşəcəyik"
“Üzən məzənnə”yə keçid manatın real məzənnəsini müəyyənləşdirməyə imkan verəcək. Bunu İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Region Plus” jurnalına müsahibəsində deyib.
“Tam “üzən məzənnə”yə keçid vacib və labüddür. Hazırda maliyyə sektoru ilə real sektor arasında pulun tarazlıq qiyməti yoxdur. Yəni maliyyə sektoru istəyir ki, pulu mümkün qədər baha satsın, real sektor isə istəyir ki, ucuz alsın. Bu vəziyyət manatın ucuzlaşması ilə bağlı güclü gözləntidən irəli gəlir - insanlarda bir əminlik var ki, manat sərbəst üzüb tarazlıq məzənnəsini tapmasa, mütləq ucuzlaşacaq. Məhz buna görə hər iki tərəf – həm bank, həm də real sektor pulu xarici valyutaya çevirib saxlamağa üstünlük verir”, - deyə o bildirib.
İcraçı direktorun sözlərinə görə, məzənnənin ədalətli müəyyənləşməsi üçün ölkədə maliyyə alətlərinin inkişafı və maliyyə dərinliyinin artması vacibdir. Amma bu iki məsələ bir-birindən o qədər asılıdır ki, biz heç birinin inkişafını o birisinin bahasına həyata keçirə bilmərik. Yəni bu işin ikisi də paralel getməlidir. Bu baxımdan Strateji Yol Xəritəsində də qeyd olunub ki, biz ilk növbədə maliyyə-bank sektorunda likvidlik və kapitallaşma ilə bağlı problemlərin həllinə dəstək verməliyik. İkincisi, mailyyə-bank sektorunda risk menecmenti ilə bağlı məsələlər həllini tapmalıdır. Üçüncüsü, Beynəlxalq Bankın özəlləşdirilməsi təmin edilməlidir və bu məsələ 2017-ci il üçün gündəmdədir. Dördüncüsü, Əmanətlərin Sığortalanması Fondu ilə bağlı institusional irəliləyişin aparılması və nəhayət, ölkədə problemli aktivlərin idarə edilməsi ilə bağlı məsələlər öz həllini tapmalıdır. Bunlar qısa dönəm üçün nəzərdə tutulan işlərdir və bunların məntiqi sonluğu artıq üzən məzənnə rejimidir.
O vurğulayıb ki, Ukrayna və Qazaxıstan kimi ölkələr üzən məzənnəyə keçəndə iqtisadiyyatlarının durumu bizdəkindən heç də yaxşı deyildi. Əlbəttə, bu keçiddən sonra milli valyutanın müəyyən bir volatilliyi olur, amma getdikcə bu proses sönür və tarazlıq nöqtəsinə çatır. Ondan sonra hamı başa düşür ki, bu, valyutanın real bazar qiymətidir. Bahadır, ya ucuz, bu, artıq başqa məsələdir.
V.Qasımlı hesab edir ki, “üzən məzənnə” üçün digər bir çağırış isə ondan ibarətdir ki, Azərbaycanda böyük miqdarda yığım var – təxminən, 40 mlrd. dollara yaxın ölkənin strateji valyuta ehtiyatları, üstəlik ev təsərrüfatlarının, bankların və özəl sektorun yığımı birlikdə 100 mlrd. dollara yaxın bir məbləğ edir. Klassik iqtisadi nəzəriyyəyə görə, yığım investisiyaya bərabər olmalıdır. Bizdə isə bu iki komponent arasında sanki bir tıxac var. Bunun da səbəbi manatın ucuzlaşmasına dair gözləntidir. Tam “üzən məzənnə”yə keçməklə biz manatın real qiymətinin tapılmasına şahid olacağıq və bu gözlənti aradan qalxacaq.Manatın tarazlaşması real sektorla maliyyə sektoru arasındakı körpülərin bərpa olunmasına gətirəcək.
“Keçid dövründə dövlətin rolu əhalini, bankları və biznesi mənfi təsirlərdən qorumaqdan ibarətdir və mən düşünürəm ki, buna nail olunacaq. Hər halda,“üzən məzənnə”yə keçid vaxtını yubatsaq, sonra keçmək istəyəndə daha çətin şəraitlə üzləşəcəyik. Yəni əgər biz resurs iqtisadiyyatından məhsuldarlığa əsaslanan iqtisadi modelə keçiriksə, bunu bütün spektr üzrə keçid etməliyik. Yəni fiskal siyasəti, biznes mühitini dəyişib, məzənnə siyasətini əvvəlki kimi saxlaya bilmərik. Bu, çox pis nəticə verə bilər. Ona görə də bizim KİV-lər, ictimai fikir liderləri bu məsələdə daha obyektiv mövqedə durub, ajiotaj yaratmamağa çalışmalıdır”, - deyə mərkəzin rəhbəri qeyd edib.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)










