970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Metroda yaşıl və qırmızı xətlərin ayrılması işlərinin yekunlaşdırılması 11 aya planlaşdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Metroda yaşıl və qırmızı xətlərin ayrılması işlərinin yekunlaşdırılması 11 aya planlaşdırılıb

Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması işlərinin tam olaraq yekunlaşdırılması 11 aya yaxın müddətdə planlaşdırılıb.

Bunu "Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlamasında bildirib.

"Bu müddət ərzində artıq birləşdirmə tunelinin inşasından sonra metropolitendə yaşıl və qırmızı xətlər müstəqil şəkildə fəaliyyətini davam etdirəcək", - baş mühəndis qeyd edib.

Onun sözlərinə görə, aparılacaq işlərlə əlaqədar artıq hərəkətin çevikliyi, dayanığlığının təmin olunması, intervallar üzərində kifayət qədər tədbirlərin təmin olunması işlərinə başlanılacaq.

Namiq Yusubov onu da vurğulayıb ki, aparılan işlər çərçivəsində Dərnəgül deposunun tikintisi aprılır. Deponun tikintisi çərçivəsində növbəti mərhələnin gələn ilin sonu, 2028-ci ilin əvvəlində bitəcəyi gözlənilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Baş mühəndis: Dərnəgül deposunun tikintisi metropolitendə xətlərin ayrılması çərçivəsində aparılır

Dərnəgül deposunun tikintisi metropolitendə xətlərin ayrılması çərçivəsində aparılır.

Bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlamasında bildirib.

"Bildiyiniz kimi, Bakı metropolitenində xüsusi əhəmiyyət kəsb edən bir böyük bir layihənin icrası, hal-hazırda icrasına start verilib. Bu layihənin əsas mahiyyəti xətlərin ayrılmasından ibarətdir. Belə ki, bundan sonra yaşıl və qırmızı xətlərin ayrılması prosesinin icrası həyata keçiriləcək", - Namiq Yusubov bildirib.

Onun sözlərinə görə, xətləri ayırmaq üçün hər bir xəttin, yəni qeyd etdiyimiz yaşıl və qırmızı xətlərin müstəqil şəkildə fəaliyyət göstərən deposu olmalıdır. Bununla da bağlı layihənin icrasına məhəlli şəkildə başlanılıb.

"İlkin olaraq Dərnəgül deposunun tikintisinə start verildi və bununla da əlaqədar olaraq ümumilikdə 25 qanovdan hal-hazırda 12 qanov istismara verilib ki, burada qatarların, yaşıl xətt üzrə gedəcək qatarlarıni baxışı, gündəlik istismarı təşkil olunması üçün şərait yaradılsın", - baş mühəndis qeyd edib.

XXX

Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin gələcək fəaliyyəti və sərnişin sıxlığının aradan qaldırılmasında strateji əhəmiyyətə malik bu vacib infrastruktur layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Deponun tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə 2025-ci ilin aprel ayından başlanılıb.

Yaşıl xəttə müstəqil xidmət və “Nərimanov” deposuna dəstək

Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsi sayılan “Dərnəgül” elektrik deposu bundan sonra Yaşıl xəttə müstəqil xidmət göstərəcək. Depoda qatarların təmir-baxış və qulluğu, gecələməsi və müxtəlif texniki proseslərin icrası üçün müasir şərait qurulub ki, bu da hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan yaradacaq. Həmçinin deponun istismarı metropolitendə xidmət keyfiyyətinin artırılmasına və hərəkət intervallarının azaldılmasına zəruri təkan verəcək.

II mərhələ üzrə reallaşdırılan əsas göstəricilər:

• Ərazi və binalar: 16,5 hektar ərazini əhatə edən depoda 16 xidmət obyektinin (avadanlıqlar daxil) yaradılması nəzərdə tutulub. Mürəkkəb relyefə uyğun istinad divarları, çəpərlənmə işləri, 5 ədəd işıqlandırma qüllələri inşa edilib. Həmçinin zəruri xidmət və texniki otaqların inşası, habelə monolit döşəmə, fasad və üzləmə və MEP işləri 100% tamamlanıb, kommunikasiya xətləri çəkilib.

• Yol və tunel infrastrukturu: Yaşıl xətti depo ilə birləşdirən 2100 metrlik tuneldə 2017 metr yol çəkilib. Tunel yolları “Bakı Metropoliteni” QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Depo ərazisində 18100 m³ yol yatağı qazılıb, 1700 ədəd dəmir-beton şpal düzülüb, 21 ədəd R50 tipli yoldəyişdirici quraşdırılıb, 1365 m yerüstü park yolu salınıb.

• Təmir-baxış sahələri: Qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulmuş 155 metr eni, 133 metr uzunluğunda olan dayanma-təmir korpusunun dəmir-beton konstruksiyası, dam örtüyü, fasad hissəsi tikilib. Korpsun, ümumilikdə 25 qanovundan 12-nin inşası tam olaraq başa çatdırılıb. Qanovlardan 3-ü qaldırma-təmiri sahəsinə aiddir.

• Mühəndis qurğuları və kommunikasiya şəbəkəsi: 2 qazanxanada, eləcə də kompressor binasında əsas tikinti və montaj işləri yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb. Drenaj, kanalizasiya, zəruri elektrik və telekommunikasiya, o cümlədən 2000 m fiberoptik xətt və 10 170 m kabel trasları çəkilib. Depo ərazisi 3 mənbədən elektrik təchizatı qida mənbəyi ilə təmin edilib.

• Təhlükəsizlik və hərəkətin təşkili: Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçer idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib. Burada dizayn və memarlıq tərtibatı və digər zəruri tədbirlər hər mərhələnin tələblərinə uyğun davam etdirilir. Binada mərkəzləşmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və vidomüşahidə sahələri də yerləşəcək.

Depoda yerüstü stansiyanın inşaat işləri də davam etdirilir. Burada əsas bina və platforma sahəsinin dəmir beton işlərinin inşası tamamlanıb.

Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi ümumilikdə 3 mərhələdə həyata keçirilir. II mərhələnin tamamlanması Yaşıl və Qırmızı xətlərin ayrılmasına şərait yaradır. Belə ki, deponun istismara verilməsi nəticəsində xətlərin ayrılması layihəsi üzrə tikinti müddətində “Dərnəgül–Nizami” sahəsində hərəkət edən qatarların təmir-baxış və qulluğu burada həyata keçiriləcək.

Depoda III mərhələ üzrə işlər davam etdiriləcək, inşaat prosesinin və ərazidəki yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır.

İş elanları AzVak.az-da

© APA

13.08.2026 11:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19