Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx.Bakının restoran məkanları sırasına daha bir iddialı ünvan əlavə olunub. Milli memarlıq elementlərini müasir dizayn, zəngin mətbəx və yüksək xidmət anlayışı ilə birləşdirən “Sheer One” restoranı artıq qapılarını qonaqların üzünə açıb.
Restoranın əsas üstünlüklərindən biri zəngin və rəngarəng mətbəx konsepsiyasıdır. Fərqli zövqlərə xitab edən geniş yemək çeşidləri, özünəməxsus dadlar və xüsusi təqdimat üslubu “Sheer One”ı yalnız istirahət deyil, həm də unudulmaz qastronomik təcrübə üçün cəlbedici ünvana çevirir.
Özünəməxsus memarlığı və zərif interyeri ilə diqqət çəkən restoranda milli ornamentlər, daş üzlüklər və Aralıq dənizi üslubundan ilhamlanan dizayn elementləri xüsusi atmosfer yaradır.
“Sheer One” geniş açıq terrası, müxtəlif formatlı qapalı zalları və özəl kabinetləri ilə həm ailəvi istirahət, həm dostlarla görüşlər, həm də müxtəlif tədbirlər üçün ideal şərait təqdim edir.
Restoranın fərqləndirici xüsusiyyətlərindən biri də uşaqlı ailələr üçün yaradılmış xüsusi əyləncə zonasıdır. Müasir oyun qurğuları, yelləncəklər və sürüşkənlərlə təchiz olunmuş bu məkan balacaların əylənməsinə, valideynlərin isə rahat istirahət etməsinə imkan yaradır.
Zəngin mətbəx, möhtəşəm dadlar, valehedici atmosfer və ailəvi istirahət imkanlarını bir araya gətirən “Sheer One” artıq qonaqlarını qəbul edir.
Ünvan: Bakı, Badamdar, M. Müşfiq küçəsi 2C.
Rezervasiya: +994 50 103 07 07
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 10 d. əvvəl
- 18 d. əvvəl
- 25 d. əvvəl
-
27 d. əvvəl
Britaniyanın müdafiə sənayesi nəhəngi BAE Systems 1 070 iş yerini ixtisar etməyi planlaşdırır
-
39 d. əvvəl
“Aqrarkredit” 23 lot üzrə əmlak və 5 şirkət üzrə borc tələb hüquqlarını satışa çıxarır
- 54 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Səhmlərin ilkin kütləvi təklifində (İPO) yeni rekord - 1 trilyon 500 milyard dollar bazar dəyər
-
1 saat əvvəl
“Claude”un yaradıcısı Anthropic 81 milyard dollarlıq IPO ilə SpaceX-in ilkin rekordunu keçdi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
İrana yeni zərbə ehtimalı nefti bahalaşdırıb
Azərbaycan neftinin son qiyməti
“Aqrarkredit” 23 lot üzrə əmlak və 5 şirkət üzrə borc tələb hüquqlarını satışa çıxarır
Çinin Jetour şirkəti Braziliyada T1 və T2 istehsalına başlayacaq — 68 milyon 600 min dollarlıq əlavə sərmayə
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Səhmlərin ilkin kütləvi təklifində (İPO) yeni rekord - 1 trilyon 500 milyard dollar bazar dəyər
“Claude”un yaradıcısı Anthropic 81 milyard dollarlıq IPO ilə SpaceX-in ilkin rekordunu keçdi
Almaniyada kütləvi ixtisarlar dərinləşir – Şirkətlər 200 mindən çox iş yerini ixtisar etməyi planlaşdırırlar
Hansı karqo şirkəti şikayətlərə daha tez cavab verir? - Karqo şirkətlərinin şikayət göstəriciləri açıqlandı

























