Azərbaycana genişmiqyaslı kiberhücum – 100-dən çox dövlət domeni hədəfə alındı
Xarici hakerlər Azərbaycanın dövlət saytlarına hücum etdilər – Fasilələr yarandıAzərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı genişmiqyaslı kiberhücumlar həyata keçirilib. Xarici haker qruplaşmasının hücumları nəticəsində 100-dən artıq dövlət domeni hədəfə alınıb və bir sıra dövlət qurumlarının internet saytlarının fəaliyyətində fasilələr yaranıb.
Marja.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, kiberhücumlar 13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən qeydə alınıb.
Məlumata görə, hücumlar xarici haker qruplaşması tərəfindən həyata keçirilib və Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına məxsus 100-dən artıq dövlət domeni hədəfə alınıb.
Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Qeyd edilib ki, həyata keçirilən operativ texniki tədbirlər nəticəsində hücumların təsirləri məhdudlaşdırılıb və dövlət saytlarının fəaliyyətinin davamlılığı təmin edilib.
Xidmət hazırda dövlət informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin təmin edilməsi, mövcud təhdidlərin qarşısının alınması və sistemlərin mühafizəsi istiqamətində tədbirləri davam etdirir.
Hücumların arxasında dayanan xarici haker qruplaşmasının adı və hansı dövlət qurumlarının saytlarının təsirləndiyi açıqlanmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
19 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
17 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 d. əvvəl
-
14 d. əvvəl
Havanı çirkləndirən müəssisələrə nəzarət gücləndiriləcək – Prezidentdən yeni Sərəncam
-
18 d. əvvəl
İri bankaa kiberhücum – 133 milyon dollardan çox vəsaitin oğurlandığı iddia edilir
-
30 d. əvvəl
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb – Yeni faiz artımı gözlənilir
-
43 d. əvvəl
Qarajların qiyməti bir ayda 17%-ə yaxın artıb – 33 min manata çatıb
-
46 d. əvvəl
Torpaq almaq istəyənlərə XƏBƏR – Qiymətlər 22%-ə yaxın bahalaşıb
- 51 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Şərəf” ordeni ilə təltif edildi
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb – Yeni faiz artımı gözlənilir
Ən çox oxunanlar
Qarajların qiyməti bir ayda 17%-ə yaxın artıb – 33 min manata çatıb
Torpaq almaq istəyənlərə XƏBƏR – Qiymətlər 22%-ə yaxın bahalaşıb
Mağaza və ofis kirayəsi daha da BAHALAŞIB
Mənzil bazarında son vəziyyət - Oktyabrda qiymətlər yenə artıb
ABŞ-da Demokratların seçki qələbəsi İlon Maskın şirkətlərini vurdu – Səhmləri çökür
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
ABB Invest AccessBank-ın Bank Respublika tərəfindən satın alınması prosesini uğurla başa çatdırıb






















