Qızıl və məzənnə dəyişiklikləri Neft Fonduna 1,9 milyard manatlıq büdcədənkənar xərc yaradıb
Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 74 milyard 4 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 0,6 % çoxdur.
"Marja" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 12 milyard 341,3 milyon manat, o cümlədən neft-qaz gəliri 8 milyard 740,6 milyon manat, idarəetmə gəliri isə 3 milyard 600,7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 9 milyard 681,2 milyon manat olub. Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 1 milyard 874 milyon manat təşkil edib.
9 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 7 milyard 343,9 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fonda "Azəri-Çıraq-Günəşli" yatağından 6 milyard 570,6 milyon manat, "Şahdəniz" yatağından isə 565,1 milyon manat vəsait daxil olub.
Hesabat dövründə ARDNF dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 3,6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 21,9 milyon manat, beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi 2,2 milyon manat, idarəetməyə isə 25,5 milyon manat xərcləyib.
"III rübdə davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasət ilə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərməkdə davam etdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalıb. Rüb ərzində müşahidə olunan volatilliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınıb, dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olub. Enerji qiymətlərinin artımının təsiri ilə əmtəə bazarlarında əhəmiyyətli yüksəliş müşahidə edilib, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləyib.
Rüb ərzində enerji qiymətlərinin yüksəlməsi, davamlı inflyasiya və iqtisadi aktivliyin dayanıqlı qalması faiz dərəcələrinin yüksək səviyyədə saxlanılacağına dair gözləntiləri gücləndirib və nəticədə əsas inkişaf etmiş ölkələrdə dövlət istiqrazlarının gəlirlilik dərəcələri artıb. Dövlət borclanması ilə bağlı narahatlıqlar, yüksək həcmdə borc qiymətli kağızlarının emissiyası uzunmüddətli istiqrazların gəlirlilik dərəcələrinə əlavə təzyiq göstərib. Gəlirlilik dərəcələrinin artması istiqrazların dəyərinə mənfi təsir edib.
Rüb ərzində dayanıqlı iqtisadi artım, şirkətlərin güclü maliyyə nəticələri, süni intellekt və onunla əlaqəli infrastruktura investisiyaların davam etməsi qlobal səhm bazarlarının yüksəlişini dəstəkləyib. Avqust ayında bazarlarda güclü bərpa müşahidə edilib, lakin sentyabr ayında istiqraz gəlirliliklərinin və enerji qiymətlərinin yüksəlməsi, eləcə də gərginliklərin yenidən artması investorların gözləntilərinə mənfi təsir göstərərək volatilliyin yüksəlməsinə səbəb olub. Bu mənfi amillərə baxmayaraq, qlobal səhm bazarları rübü artımla başa vurub, şirkətlərin güclü fundamental göstəriciləri isə bazarların daha mürəkkəb makroiqtisadi şəraitə davamlılığını dəstəkləyib.
Rüb ərzində qızılın qiymətində yüksək volatillik müşahidə edilib. Avqust ayında geosiyasi qeyri-müəyyənliyin yenidən artması və investisiya tələbinin fonunda qızılın qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlib, lakin sentyabr ayında ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik dərəcələrinin və ABŞ dollarının möhkəmlənməsi nəticəsində bu tendensiya əks istiqamətdə dəyişib", - deyə məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
13 d. əvvəl
Azərbaycandan tranzit daşımalarının həcmi son 5 ilin rekord səviyyəsinə yüksəlib.
-
-
44 d. əvvəl
Qızıl və məzənnə dəyişiklikləri Neft Fonduna 1,9 milyard manatlıq büdcədənkənar xərc yaradıb
-
55 d. əvvəl
Kapital bazarına yeni alət gəlir - Kredit və lizinq borcları əsasında istiqraz buraxılacaq
-
1 saat əvvəl
Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək ®
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHILAR
-
2 saat əvvəl
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu ®
-
2 saat əvvəl
Qeyri-neft ixracında yeni liderlər – Mis filizləri, şəkər və alüminium sürətlə artır
-
2 saat əvvəl
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
-
3 saat əvvəl
Xaricdən 64,7 milyon dollarlıq çay alınıb – İdxal 11 min tona yaxınlaşıb
-
3 saat əvvəl
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək ®
Qeyri-neft ixracında yeni liderlər – Mis filizləri, şəkər və alüminium sürətlə artır
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
































