Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib

Mərkəzi Bank: Valyuta bazarında tələb kəskin azalıb, təklif isə artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 2026-cı ilin 9 ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib.

Marja.az xəbər verir ki., bu, Azərbaycan Mərkəzi Bankının press-relizində bildirilir.

Qeyd edilib ki, cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib.

Vuğulanıb ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10.5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830.5 milyon ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70% artıb.

Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib.

Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 milyard ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı ), 2027-ci ildə isə 5.4 mlrd ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir.

29.10.2026 10:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19