970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama

Mərkəzi Bankın sədri: “Bank Melli İran”a qarşı yeni məhdudiyyətlər nəzərdə tutulmur. “Bank Melli İran” Azərbaycanda fəaliyyətini davam etdirəcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən “Bank Melli İran”ın Bakı filialına qarşı yeni məhdudiyyətlərin tətbiqini planlaşdırmır.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, uzun illərdir beynəlxalq sanksiyalar şəraitində fəaliyyət göstərən bank Azərbaycan bank sektorunda çox kiçik paya malikdir.

“Bank Melli İran”ın bazar payı müxtəlif göstəricilər üzrə təxminən 0,1 faiz təşkil edir. Bank artıq illərdir sanksiyalar altındadır və Azərbaycanda fəaliyyətini davam etdirir. Hər hansı yeni məhdudiyyət tətbiq etməyi planlaşdırmırıq”, – deyə Taleh Kazımov bildirib.

Mərkəzi Bankın sədri vurğulayıb ki, İran bankı Azərbaycan qanunvericiliyinin və tənzimləyici qurumun müəyyən etdiyi tələblərin icrasını təmin edir.

Onun sözlərinə görə, bankın fəaliyyəti Mərkəzi Bankın nəzarətindədir və hazırda əlavə inzibati tədbirlərə ehtiyac görülmür.

“Bank Mərkəzi Bankın tələblərinə, həmçinin ölkə qanunvericiliyinə riayət edir. Hazırda hər hansı tədbir görülməsini nəzərdə tutmuruq”, – deyə AMB sədri qeyd edib.

Taleh Kazımov xarici ölkələrdə, o cümlədən ABŞ-də İran banklarının fəaliyyəti və filial şəbəkəsi ilə bağlı müzakirələrə də münasibət bildirib.

O qeyd edib ki, həmin müzakirələrdən xəbərdardır, lakin bu, Azərbaycanda bankın fəaliyyətinə qarşı əlavə tədbirlərin görülməsini zəruri etmir.

AMB sədrinin sözlərinə görə, “Bank Melli İran”ın fəaliyyəti digər banklar kimi nəzarətdə saxlanılır və onunla bağlı risklərə xüsusi diqqət yetirilir.

Taleh Kazımov bildirib ki, bank uzun müddətdir Azərbaycan maliyyə bazarında fəaliyyət göstərdiyindən yerli bazarın xüsusiyyətlərini və tənzimləmə tələblərini yaxşı bilir.

“Bu bank artıq uzun müddətdir Azərbaycan bazarında fəaliyyət göstərir və reallıqları başa düşür. Biz burada hər hansı problem və ya çətinlik görmürük”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Bank Melli İran Bank Melli İran Bakı filialı Taleh Kazımov Azərbaycan Mərkəzi Bankı İran bankına sanksiyalar İran bankları bank sektorunda sanksiyalar bankların bazar payı Azərbaycanda İran bankı bank nəzarət
29.10.2026 13:35
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19