Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda əmlakını kirayəyə verənlər üçün vergi qaydaları dəyişir – Yeni seçim təklif olunur

Mənzilini və obyektini kirayəyə verənlərin diqqətinə – Vergi qaydalarında yenilik. Kirayə gəlirlərinə 20% vergi tətbiq oluna bilər – Xərclər gəlirdən çıxılacaq. Azərbaycanda kirayə gəlirləri üzrə 14% və 20%-lik vergi seçimi.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda əmlakını kirayəyə verənlər üçün vergi qaydaları dəyişir – Yeni seçim təklif olunur
iç səhifə xəbər şəkil altı (mobil)_32

Vergi orqanında uçotda olan fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə xərclərin gəlirdən çıxılması və gəlir vergisi dərəcəsinin 20% tətbiq edilməsi təklif olunur.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, vergitutmanın formalarından biri də verginin bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək) tutulmasıdır. Vergi Məcəlləsinin 96.1-ci maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən, fiziki şəxslər tərəfindən əmlakın icarəyə verilməsinə görə ödənilən haqlardan ödəmə mənbəyində vergi tutularkən icarə məbləğindən vergi hesablanır və həmin məbləğlər bir daha vergiyə cəlb olunmur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən fiziki şəxs Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq icarə haqqından 14 faiz dərəcə ilə vergini özü ödəyir. Nəticədə fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirləri xərclər çıxılmadan vergiyə cəlb olunur. Eyni zamanda, əmlakını icarəyə verən hüquqi şəxslər bu fəaliyyət üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur və hüquqi şəxslər bu gəlirlərini ümumi vergitutulan gəlirlərinə aid etməklə bu gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxaraq mənfəət vergisi hesablayırlar.

Əmlakın icarəyə verilməsi fəaliyyəti üzrə fiziki şəxslər tərəfindən xərclərin çəkilməsi hallarının mümkünlüyü nəzərə alınaraq, vergi ödəyicisi olan fiziki şəxslərin vergi yüklərinin fərdi sahibkarların vergi yükləri ilə bərabərləşdirilməsi və əmlakın icarəyə verilməsi zamanı vergini özü ödəyən vergi ödəyicilərinə bu sahədə çəkilən xərclərin gəlirdən çıxılma imkanlarının verilməsi məqsədilə, həmin vergi ödəyicilərinə bu sahədə çəkilən xərclərin gəlirdən çıxılaraq 20 faiz dərəcə ilə vergilərin ödənilməsi seçiminin verilməsi təklif olunur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Əmlak icarəsi vergisi kirayə vergisi kirayə gəlirləri mənzil kirayəsi vergisi obyekt icarəsi vergisi icarədən gəlir vergisi 14 faiz kirayə vergisi 20 faiz gəlir vergisi xalis icarə gəliri kirayə xərclərinin gəlirdən çıxılması fiziki şəxslərin gəlir vergisi Vergi Məcəlləsinə dəyişiklik vergi dəyişiklikləri 2027 VÖEN daşınmaz əmlak əmlak sahibləri vergi güzəştləri Dövlət Vergi Xidməti.
05.11.2026 13:33
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19