FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
FINCA Azerbaijan “Heyva Festivalı”nda iştirak eedib – fermer və sahibkarlara kredit imkanlarını təqdim edib.FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II “Heyva Festivalı”nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli məhsullar, rayonun meyvəçilik ənənələri və milli-mədəni irsi nümayiş olunub.
Festival çərçivəsində FINCA Azerbaijan-ın stendini ziyarət edən iştirakçılara təşkilatın kredit məhsulları və maliyyələşmə imkanları barədə məlumat verilib. FINCA əməkdaşları ziyarətçiləri məhsulların şərtləri və müraciət qaydaları ilə tanış edib, onları maraqlandıran sualları cavablandırıblar.
Tədbir həmçinin festival iştirakçıları və mövcud müştərilərlə səmimi ünsiyyət üçün fürsət yaradıb. Görüşlər zamanı onların fikirlərini dinləmək, ehtiyaclarını daha yaxından öyrənmək və qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı yaranıb.
FINCA Azerbaijan yerli istehsalçıları, fermerləri və sahibkarları bir araya gətirən belə festivalların keçirilməsini yüksək qiymətləndirir. Bu cür təşəbbüslər yerli məhsulların tanıdılması, sahibkarların yeni əlaqələr qurması və regionların iqtisadi potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendi altında fəaliyyət göstərən FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir. Məhsul və xidmətlər barədə ətraflı məlumatıwww.finca.az saytından və ya *2525 qaynar xəttinə zəng etməklə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
- 48 d. əvvəl
-
1 saat əvvəl
Bakıda və bölgələrdə 29 avtobus marşrutu müsabiqəyə çıxarılır – SİYAHI
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sanksiyasını 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
-
2 saat əvvəl
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Sanksiyasını 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
Ən çox oxunanlar
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Yükdaşıma ilə məşğul olanlar üçün alternativ vergi rejimi - 8 faizlik vergi rejimini də seçə biləcəklər
Əcnəbi turistlərin sayına uyğun yeni güzəşt mexanizmi gəlir
Bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektləri 25 faizlik güzəştdən yararlana biləcəklər
İllik 15 faiz gəlir təklif edən 1 milyon manatlıq istiqrazların satışı başlayır – ŞƏRTLƏR

























