İllik 15 faiz gəlir təklif edən 1 milyon manatlıq istiqrazların satışı başlayır – ŞƏRTLƏR
“International” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyəti (ASC) ümumi dəyəri 1 milyon manat olan istiqrazlarını satışa çıxaracaq. İstiqrazlar üzrə illik gəlirlilik 15 faiz təşkil edəcək.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 16 noyabr 2026-cı il tarixində keçiriləcək.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 10 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazın yerləşdirilməsi nəzərdə tutulur.
İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlilik faizi isə 15 faiz müəyyən edilib.
İstiqrazlar üzrə hesablanmış faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir investorlara ödəniləcək.
İstiqrazların yerləşdirilməsi kütləvi və rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 26 oktyabr 2026-cı il tarixli qərarı ilə “International” BOKT-un istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.
İstiqrazlar təmin edilməmiş olduğundan investorlara faizlərin və əsas borcun ödənilməsi emitentin maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətindən asılıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
- 48 d. əvvəl
-
1 saat əvvəl
Bakıda və bölgələrdə 29 avtobus marşrutu müsabiqəyə çıxarılır – SİYAHI
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sanksiyasını 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
-
2 saat əvvəl
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Sanksiyasını 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
Ən çox oxunanlar
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Yükdaşıma ilə məşğul olanlar üçün alternativ vergi rejimi - 8 faizlik vergi rejimini də seçə biləcəklər
Əcnəbi turistlərin sayına uyğun yeni güzəşt mexanizmi gəlir
Bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektləri 25 faizlik güzəştdən yararlana biləcəklər
İllik 15 faiz gəlir təklif edən 1 milyon manatlıq istiqrazların satışı başlayır – ŞƏRTLƏR





















