970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bakıda və bölgələrdə 29 avtobus marşrutu müsabiqəyə çıxarılır – SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda və bölgələrdə 29 avtobus marşrutu müsabiqəyə çıxarılır – SİYAHI
iç səhifə xəbər şəkil altı (mobil)_32

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 9, 41, 45, 93, 96 nömrəli şəhərdaxili, 213, 539, 557 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba, Bakı-Qusar, Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər, Mingəçevir-Gəncə, Şəki-Mingəçevir, Tərtər-Lənkəran, Bərdə-Şəki, Bərdə-Ağsu, Saatlı-Sumqayıt, Beyləqan-Sumqayıt və Zaqatala-Gəncə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.

Marja.az AYNA-ya istinadən xəbər verir ki, sənədlər 10 dekabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Reklam_3_11

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba və Bakı-Qusar istiqamətlərində 12 lot üzrə dekabrın 11-də;

Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər, Mingəçevir-Gəncə, Şəki-Mingəçevir, Tərtər-Lənkəran, Bərdə-Şəki, Bərdə-Ağsu, Saatlı-Sumqayıt, Beyləqan-Sumqayıt və Zaqatala-Gəncə istiqamətlərində 12 lot üzrə dekabrın 15-də;

Paytaxtın 539 nömrəli (Abşeron “DOST Mərkəzi” – “Binə” ticarət mərkəzi), 557 nömrəli (Müşfiqabad qəsəbəsi – “Sədərək” ticarət mərkəzi – “Abşeron” ticarət mərkəzi) şəhərətrafı və 9 nömrəli (Yasamal yaşayış kompleksi (MİDA) – metronun “Nəriman Nərimanov” stansiyası) şəhərdaxili marşrutları üzrə 3 lotda dekabrın 18-də;

41 nömrəli (metronun "Azadlıq prospekti" stansiyası – Binəqədi qəsəbəsi), 45 nömrəli (metronun "Azadlıq prospekti" stansiyası – M.Ə.Rəsulzadə qəsəbəsi), və 93 nömrəli (Sabunçu qəsəbəsi – metronun "Dərnəgül" stansiyası) şəhərdaxili marşrutları üzrə 3 lotda dekabrın 22-də;

96 nömrəli (“Avtovağzal” NMM – Xarici İşlər Nazirliyi) şəhərdaxili və 213 nömrəli (Əmircan qəsəbəsi – metronun “Qara Qarayev” stansiyası) şəhərətrafı marşrutları üzrə 2 lotda dekabrın 25-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə etmək mümkündür.

11.11.2026 17:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19