970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hindistanın avtomobil nəhəngi Azərbaycanda nəqliyyat vasitələri istehsal edə bilər - Danışıqlar aparılır

Azərbaycanda avtomobil istehsalı üçün Hindistan şirkətləri ilə danışıqlar aparılır. 38 ölkədə fəaliyyət göstərən nəhəng şirkətlər qrupu ilə Azərbaycana investisiya imkanları müzakirə olundu. 250 mindən çox əməkdaşı olan beynəlxalq qrupla Azərbaycan arasında əməkdaşlıq imkanları
iç səhifə xəbər başlığı altı (mobil)_31
Hindistanın avtomobil nəhəngi Azərbaycanda nəqliyyat vasitələri istehsal edə bilər - Danışıqlar aparılır
iç səhifə xəbər şəkil altı (mobil)_32

İqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın “Hinduja Group” şirkətlər qrupuna daxil olan “Gulf Oil International” şirkətinin sədri Sanjay Hinduja və “Ashok Leyland” şirkətinin sədri Dhiraj Hinduja ilə videokonfrans formatında görüşüb.

Marja xəbər verir ki, görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye potensialı, nəqliyyat və enerji infrastrukturu, həmçinin regional bazarlara çıxış imkanları diqqətə çatdırılıb. Birgə layihələrin həyata keçirilməsi, texnologiya transferi və nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması üçün tərəfdaşlıq perspektivləri vurğulanıb.

Tərəflər sənaye, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat vasitələrinin yerli istehsalın təşviqi və investisiya üzrə işbirliyini müzakirə ediblər.

“Hinduja Group” 1914-cü ildə təsis edilmiş beynəlxalq şirkətlər qrupudur. Şirkətlər qrupu 38 ölkədə fəaliyyət göstərir və 100-ə yaxın ölkədə biznes əməliyyatlarına malikdir. 250 mindən çox əməkdaşı olan qrup sürtkü materialları və xüsusi kimyəvi maddələr, bank və maliyyə xidmətləri, rəqəmsal texnologiyalar, enerji, daşınmaz əmlak, səhiyyə və s. istiqamətlər üzrə fəaliyyət göstərir. 1984-cü ildə qrupa daxil edilmiş “Gulf Oil International” və kommersiya nəqliyyat vasitələri istehsalçısı “Ashok Leyland” qrupun əsas şirkətləri sırasında yer alır. “Ashok Leyland” yük avtomobilləri, avtobuslar və traktorlar istehsal edir.

Ashok Leyland Gulf Oil International Hinduja Group Mikayıl Cabbarov Sanjay Hinduja Dhiraj Hinduja Hindistan investisiyaları Azərbaycanda avtomobil istehsalı Azərbaycanda avtobus istehsalı nəqliyyat vasitələrinin istehsalı yerli istehsal sənaye investisiyaları texnologiya transferi Azərbaycan Hindistan iqtisadi əlaqələ
12.11.2026 11:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19