Azərbaycanda illik inflyasiyanın tempi 0,3 faiz bəndi yavaşlayıb
İllik inflyasiya 5,5 faizdən 5,2 faizə düşübDövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumatları açıqlayıb.
Marja.az xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4 faiz artıb. Cari ilin oktyabr ayında istehlak qiymətləri sentyabr ayına nisbətən 0,3 faiz, 2025-ci ilin oktyabr ayına nisbətən isə5,2 faiz yüksəlib.
Xatırladaq ki, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,5 faiz artmışdı. Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayına nisbətən 0,9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,5 faiz yüksəlmişdi.
2026-cı ilin oktyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,7 faiz artıb.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti və filesi, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozunun qiymətləri bahalaşıb, yumru düyü, makaron məmulatları, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, süfrə çuğunduru, şəkər tozu və müxtəlif içli şokoladlı konfetlərin qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin oktyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,4 faiz artıb. Oktyabr ayında əvvəlki ayla müqayisədə kəsilmiş taxta, boya, parket üçün lak, mebel və led lampaların qiymətləri bahalaşıb, yuyucu vasitələr və zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 4,7 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə geyimlərin kimyəvi təmizlənməsi və ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 5 saat əvvəl
-
8 saat əvvəl
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
-
8 saat əvvəl
Noyabrın 13-dən 2 marşrut xəttinə yeni avtobuslar buraxılacaq
-
8 saat əvvəl
“Sizin Lombard”dan mövsümə özəl “75/25 Payız fürsəti” davam edir ®
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
“Sizin Lombard”dan mövsümə özəl “75/25 Payız fürsəti” davam edir ®
Tramp: “İranla razılaşmaya ehtiyacımız yoxdur”
Ən çox oxunanlar
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
Kassa aparatlarından keçən milyardlar: 10 ayda 26,1 milyard manat - Qeyd alınan dövriyyə 3,4 milyard manat artıb
Monteneqro Prezidenti ölkəsinin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməsinə aydınlıq gətirib
İnvestorlar ABB-nin istiqrazlarına böyük maraq göstərdilər – Tələb təklifi 7,1 milyon manat üstələdi
“PAŞA Kapital” 2026-cı ilin 10 ayının nəticələrinə görə kapital bazarında lider mövqeyini qoruyub
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
ABB DigiLife onlayn jurnalını təqdim edib ®




















