970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
iç səhifə xəbər şəkil altı (mobil)_32

PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.

Reklam_3_11

“INMerge 2026” çərçivəsində 94 ölkədən daxil olan 1300-dən çox startap müraciəti arasından seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə iştirakçının bir araya gəlməsi gözlənilir. Bu ilki sammitin əsas istiqamətlərindən biri startap ekosisteminin inkişafı, yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olacaq.

Sammitdə texnologiya, biznes, iqtisadiyyat və innovasiya sahələrində dünya miqyasında tanınan 200-dən çox spiker iştirak edəcək. Onların sırasında beşqat “Grand Slam” çempionu və sahibkar Mariya Şarapova, Google X-in keçmiş baş biznes direktoru Mo Qavdat, Nike-ın keçmiş baş marketinq direktoru Qreq Hoffman və 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir yer alır.

Mariya Şarapova 2025-ci ildə “International Tennis Hall of Fame”ə daxil edilib. Hazırda sahibkar və investor kimi fəaliyyət göstərən Şarapova “Moncler” şirkətinin direktorlar şurasının üzvü və “New York Times Best Seller” siyahısına daxil olmuş kitabın müəllifidir. Mo Qavdat “Solve for Happy” və “Scary Smart” bestsellerlərinin müəllifi, süni intellekt və onun cəmiyyətə təsiri üzrə tanınmış ekspertdir. Qreq Hoffman təxminən 30 il Nike şirkətində çalışaraq təcrübəçi vəzifəsindən baş marketinq direktoru vəzifəsinədək yüksəlib. O, “Emotion by Design” kitabının müəllifidir. Coel Mokir Nortvestern Universitetinin professoru və tanınmış iqtisadi tarixçidir. Texnoloji tərəqqi və iqtisadi artım üzrə tədqiqatlarına görə 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Spikerlərin tam siyahısı və biletlərlə bağlı ətraflı məlumat inmerge.az saytında təqdim olunur.

“INMerge” haqqında

PAŞA Holding-in təsis etdiyi və təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilən innovasiya və texnologiya sammitidir. Sammit Azərbaycan, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan korporasiyaları, investorları, startapları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək regional əməkdaşlığı dəstəkləyir və Bakının innovasiya mərkəzi kimi inkişafına töhfə verir.

INMerge 2026 INMerge İnnovasiya Sammiti PAŞA Holding Bakı Konqres Mərkəzi Mariya Şarapova Maria Sharapova Mo Qavdat Mo Gawdat Qreq Hoffman Greg Hoffman Coel Mokir Joel Mokyr Nobel mükafatı 2025 Google X Nike startaplar Azərbaycanda startap ekosistemi beynəlxalq innovasiya sammiti Bakıda texnologiya tədbirləri süni intellekt startap investisiyaları innovasiya və texnologiyalar
12.11.2026 15:21
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19