Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Azərikard Developer Portalını istifadəyə verdi – finteklər ödəniş sisteminə inteqrasiyaya müstəqil başlaya biləcəklər. Real ödənişdən əvvəl sınaq – finteklər və merçantlar Azərikardın yeni portalında test əməliyyatları apara bilərlərAzərbaycanın aparıcı prosessinq şirkətlərindən olan Azərikard fintek şirkətləri və merçantlar üçün ödəniş infrastrukturuna inteqrasiyanı sadələşdirən Developer Portalını istifadəyə verib.
developer.azericard.com ünvanında fəaliyyət göstərən platforma tərəfdaşlara Azərikardın ödəniş xidmətləri ilə inteqrasiyaya müstəqil şəkildə başlamaq, texniki sənədlərlə tanış olmaq və öz həllərini test mühitində yoxlamaq imkanı yaradır.
Developer Portalın əsas üstünlüklərindən biri self-service, yəni özünəxidmət prinsipi əsasında inteqrasiya imkanlarının təqdim edilməsidir. Fintek şirkətləri və merçantlar portal vasitəsilə API sənədlərinə, inteqrasiya təlimatlarına, test məlumatlarına və müvafiq autentifikasiya mexanizmlərinə çıxış əldə edərək texniki hazırlıq və sınaq proseslərini müstəqil həyata keçirə bilirlər.
Platforma elektron kommersiya, Server-to-Server (S2S) inteqrasiyası, təkrarlanan ödənişlər (recurring payments), Apple Pay və Google Pay kimi müxtəlif ödəniş imkanları üzrə texniki sənədləri və inteqrasiya resurslarını bir araya gətirir. Sandbox mühiti tərəfdaşlara real maliyyə əməliyyatlarına başlamazdan əvvəl öz həllərini sınaqdan keçirməyə, test tranzaksiyaları həyata keçirməyə və texniki uyğunluğu yoxlamağa şərait yaradır.
Beləliklə, fintek şirkətləri yeni məhsullarının hazırlanmasına daha çox vaxt ayıra, standart inteqrasiya proseslərində əlavə texniki asılılıqları azalda və bazara çıxış üçün hazırlıq mərhələsini sürətləndirə bilirlər.
Azərikardın baş direktoru Fərid Quliyev bildirib: “Biz finteklərin inkişafını dəstəkləyən infrastruktur tərəfdaşı olmaq istəyirik. Bunun üçün ödəniş xidmətlərimizə çıxışı davamlı sadələşdirəcək, yeni imkanlar yaradacaq, tərəfdaşlarımızın texniki asılılıqlarını minimuma endirməyə çalışacağıq”.
Developer Portalın fəaliyyəti Azərikardın fintek ekosistemi ilə əməkdaşlığını genişləndirmək və ödəniş infrastrukturu üzərində yeni texnoloji həllərin yaradılmasını təşviq etmək strategiyasının mühüm istiqamətlərindəndir.
Şirkət növbəti mərhələlərdə də API imkanlarının genişləndirilməsini, inteqrasiya proseslərinin sadələşdirilməsini və tərəfdaşların daha müstəqil fəaliyyət göstərə bilməsi üçün yeni self-service funksionallıqlarının inkişafını davam etdirməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























