Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payı 75%-dən aşağı düşüb

Azərbaycanın neft-qaz ixracı 11,8%, qeyri-neft ixracı 136,5% artıb. İxracdakı artımın 65%-i qeyri-neft sektorunun hesabına formalaşıb. Eyni zamanda, Azərbaycanın qeyri-neft ixracının yarıdan çoxunu qızıl təşkil edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payı 75%-dən aşağı düşüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın həm neft-qaz, həm də qeyri-neft sektoru üzrə ixracının dəyəri artıb. Bununla yanaşı, ölkənin ümumi ixracında qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin ilk 10 ayında Azərbaycanın ümumi ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyard 283 milyon 918 min dollar və ya 29% artaraq 27 milyard 920 milyon 734 min ABŞ dollarına çatıb.

NEFT-QAZ SEKTORU ÜZRƏ İXRAC 2,2 MİLYARD DOLLAR ARTIB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının dəyəri 20 milyard 855 milyon 903 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 18 milyard 649 milyon 2 min dollar olmuşdu. Beləliklə, neft-qaz sektoruna daxil olan malların ixracının dəyəri 2 milyard 206 milyon 901 min dollar və ya 11,8% artıb.

Hesabat dövründə Azərbaycandan xam neft, təbii qaz, neft məhsulları, neft koksu və neft bitumu ixracının dəyərində artım qeydə alınıb. Xam neft ixracının dəyəri 12,1% artaraq 12 milyard 161 milyon 967 min dollara, təbii qaz ixracının dəyəri isə 6,9% artaraq 7 milyard 932 milyon 85 min dollara çatıb.

Xam neft istisna olmaqla, digər neft və neft məhsullarının ixracının dəyəri 2 dəfədən çox artaraq 661 milyon 181 min dollara yüksəlib.

Neft koksunun ixracının dəyəri 82,1% artaraq 95 milyon 228 min dollar, neft bitumunun ixracının dəyəri isə 4,15 dəfə artaraq 4 milyon 716 min dollar təşkil edib.

QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRAC 4 MİLYARD DOLLARDAN ÇOX ARTIB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracının dəyəri 7 milyard 64 milyon 831 min dollar təşkil edib.

2025-ci ilin eyni dövründə qeyri-neft sektoru üzrə ixracın dəyəri 2 milyard 987 milyon 815 min dollar olmuşdu. Beləliklə, qeyri-neft sektoru üzrə ixracın dəyəri 4 milyard 77 milyon 16 min dollar və ya 136,5% (2,36 dəfə) artıb.

Qeyri-neft sektoru üzrə ixracın dəyərinin artmasında qızıl ixracı mühüm rol oynayıb. Cari ilin ilk 10 ayında Azərbaycandan 3 milyard 832 milyon 495 min dollar dəyərində 26,04 ton işlənməmiş, yarım işlənmiş və ya toz şəklində qızıl ixrac edilib.

Qızılın payına qeyri-neft sektoru üzrə ümumi ixracın 54,2%-i düşüb. Qızıl nəzərə alınmadıqda, qeyri-neft sektoru üzrə digər məhsulların ixracının dəyəri 3 milyard 232 milyon 337 min dollar təşkil edib.

AZƏRBAYCAN MƏNŞƏLİ QEYRİ-NEFT MƏHSULLARININ İXRACI 19,2% ARTIB

Dövlət Gömrük Komitəsinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracına dair ayrıca statistikasına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında bu məhsulların ixracının dəyəri 3 milyard 186 milyon 603 min dollar təşkil edib.

2025-ci ilin eyni dövründə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard 672 milyon 980 min dollar olmuşdu.

İllik müqayisədə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının dəyəri 513 milyon 623 min dollar və ya 19,2% artıb.

ÜMUMİ İXRACDA NEFT-QAZ SEKTORUNUN PAYI AZALIB

Neft-qaz sektoru üzrə ixracın dəyərinin artmasına baxmayaraq, Azərbaycanın ümumi ixracında bu sektorun xüsusi çəkisi azalıb. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın ümumi ixracının 86,19%-ni neft-qaz sektoruna daxil olan mallar, 13,81%-ni isə neft-qaz sektoruna daxil olmayan mallar təşkil etmişdi. 2026-cı ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 74,7% və 25,3% təşkil edib. Beləliklə, Azərbaycanın ümumi ixracında qeyri-neft sektorunun xüsusi çəkisi 11,5 faiz bəndi artıb.

İXRACDAKI ÜMUMİ ARTIMIN TƏXMİNƏN 65%-İ QEYRİ-NEFT SEKTORUNUN PAYINA DÜŞÜB

Marja.az-ın hesablamalarına görə, 2026-cı ilin ilk 10 ayında Azərbaycanın ümumi ixracının dəyərində qeydə alınmış 6 milyard 284 milyon dollara yaxın artımın 64,9%-i qeyri-neft sektoruna, 35,1%-i isə neft-qaz sektoruna daxil olan malların ixracının payına düşüb.

Bununla belə, Azərbaycanın ixrac strukturunda baş verən dəyişiklik qiymətləndirilərkən qeyri-neft sektoru üzrə ümumi ixracda qızılın yüksək xüsusi çəkisi və Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəricisi ayrıca nəzərə alınmalıdır.

Azərbaycan neft-qaz ixracı Azərbaycan qeyri-neft ixracı Azərbaycan ixracı 2026 neft-qaz sektoruna daxil olan mallar neft-qaz sektoruna daxil olmayan mallar Azərbaycanın ixrac strukturu Azərbaycan neft ixracı Azərbaycan təbii qaz ixracı Azərbaycan neft məhsulları ixracı Azərbaycan qızıl ixracı Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı Azərbaycanın qeyri-neft sektorunun inkişafı Azərbaycan ixracında neft-qaz sektorunun payı Azərbaycan ixracında qeyri-neft sektorunun payı Azərbaycanın ixrac gəlirləri Azərbaycan xarici ticarət statistikası Dövlət Gömrük Komitəsi 2026-cı ilin 10 ayında ixrac Azərbaycan iqtisadiyyatı 2026 Azərbaycanın ixrac göstəriciləri Azərbaycan ixracının şaxələndirilməsi
27.11.2026 08:15
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19