970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Balı birbaşa fermerlərdən almaq fürsəti – Bakıda ənənəvi yarmarka başladı

AzVak-mobil_resmin_ustu_31
Balı birbaşa fermerlərdən almaq fürsəti – Bakıda ənənəvi yarmarka başladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 27 noyabr – 11 dekabr tarixlərində 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçirilir.

Nəsimi rayonunda, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin 5-ci girişində təşkil olunan yarmarkada ölkənin 52 regionundan 270 arıçı fermer iştirak edir.

İştirakçılar növbəlilik prinsipi əsasında, ilk qeydiyyatdan keçən arıçılar arasından seçilib. Əsas tələblər təsərrüfatın 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və ən azı 40 arı ailəsinin olması olub.

Satış yerləri hər rayondan olan arıçıların sayına uyğun olaraq proporsional qaydada bölüşdürülüb. Ümumilikdə yarmarkada 100 tondan çox bal və 18 növ arıçılıq məhsulunun satışa çıxarılması nəzərdə tutulur.

İstehlakçıların keyfiyyətli və təhlükəsiz məhsullarla təmin olunması üçün məhsulların keyfiyyətinə xüsusi nəzarət edilir. Satışa çıxarılacaq bütün məhsullardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nümunələr götürülərək laborator müayinələr aparılıb. Keyfiyyət və qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulların satışına icazə verilməyib.

Yarmarkada iştirak arıçılar üçün ödənişsizdir. Hər iştirakçı ən çoxu 450 kq bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı satışa çıxara bilər. Arıçılar satış yerləri, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunub.

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məmmədəlizadə jurnalistlərə açıqlamasında bildirib ki, bal yarmarkalarında işğaldan azad edilmiş ərazilərdən olan fermerlərin iştirakı artıq ənənəyə çevrilib: "İşğaldan azad edilmiş ərazilərdən olan 15-ə yaxın arıçı fermer keçən il yarmarkada iştirak edərək, məhsullarını satışa çıxarıb. Bu il isə bu say daha da artıb. Təkcə Şərqi Zəngəzur iqtisadi rayonundan 17, ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdən 26 fermerin 10 tona yaxın məhsulu satışa təqdim edilib".

Qeyd edək ki, yarmarka 11 dekabradək hər gün saat 09:00-dan 20:00-dək fəaliyyət göstərəcək.

Bal yarmarkası 2026 Bakı bal yarmarkası Bakıda bal satışı 26-cı bal yarmarkası Respublika Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası bal yarmarkasının ünvanı bal yarmarkasının iş saatları bal yarmarkası 27 noyabr – 11 dekabr Heydər Əliyev adına İdman-Konsert Kompleksi Bakıda təbii bal almaq fermerlərdən bal almaq Azərbaycanda bal qiymətləri arıçılıq məhsulları Azərbaycan balı Qarabağ balı Şərqi Zəngəzur balı arı şanı arıçı fermerlər laborator müayinədən keçirilmiş bal AQTA bal yoxlaması Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədarük və Təchizat ASC Azərbaycan Arıçılar Assosiasiyası Elgün Məmmədəlizadə Azərbaycanda arıçılıq kənd təsərrüfatı məhsullarının satış yarmarkası.
27.11.2026 17:34
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19