Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
Azərbaycan xaricdən 761 milyon manata yaxın əczaçılıq məhsulu alıb. Azərbaycan daha az əczaçılıq məhsulu idxal edib, 39 milyon manata yaxın çox vəsait sərf edib. Azərbaycanın əczaçılıq məhsulları idxalının dəyəri dollar ilə ifadədə 447 milyon dolları keçib.2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 447 milyon 506 min ABŞ dolları dəyərində 12 min 70 ton əczaçılıq məhsulu idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın əczaçılıq məhsulları idxalının fiziki həcmi 2 min 680 ton və ya 18,2% azalsa da, dəyəri 22 milyon 752 min dollar və ya 5,4% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 424 milyon 755 min dollar dəyərində 14 min 750 ton əczaçılıq məhsulu idxal edilmişdi.
İDXAL OLUNAN ƏCZAÇILIQ MƏHSULLARININ ORTA DƏYƏRİ 28,7% ARTIB
Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının bir tonunun orta statistik dəyəri 28 min 796 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 37 min 75 dollara yüksəlib. Beləliklə, idxal olunan əczaçılıq məhsullarının bir tonunun orta statistik dəyəri 8 min 279 dollar və ya 28,7% artıb.
Qeyd edək ki, əczaçılıq məhsullarının orta statistik vahid dəyərinin dəyişməsinə idxal olunan məhsulların çeşidi, tərkibi və daha yüksək dəyərə malik preparatların idxaldakı xüsusi çəkisi də təsir göstərə bilər. Bu göstərici ayrı-ayrı dərman vasitələrinin satış qiymətinin eyni nisbətdə artması demək deyil.
ƏCZAÇILIQ MƏHSULLARININ İDXALININ DƏYƏRİ 760 MİLYON MANATI KEÇİB
2026-cı ilin ilk 10 ayında Azərbaycanın əczaçılıq məhsulları idxalının ümumi statistik dəyəri manat ifadəsində 760 milyon 761 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 38 milyon 678 min manat artıb.
Əczaçılıq məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 2,21%-dən 2,93%-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
2 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
6 saat əvvəl
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
6 saat əvvəl
Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
-
6 saat əvvəl
Almaniyanın proqram təminatı nəhəngi SAP ən azı 10 min iş yerini ixtisar etməyi planlaşdırır
-
7 saat əvvəl
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
-
7 saat əvvəl
Balı birbaşa fermerlərdən almaq fürsəti – Bakıda ənənəvi yarmarka başladı
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib ®
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Nərimanovda mənzil alanlar üçün 3 ödəniş seçimi: FAİZSİZ KREDİT, ipoteka və güzəştli kredit ®
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib!
Azərbaycanın 2027-ci il üçün iqtisadi hədəfləri – 141 milyard manatlıq ÜDM, 42,4 milyard manatlıq büdcə xərcləri
Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir
Həbsdə olan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxıldı



























