İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib
29 noyabr 2026-cı il tarixində PASHA Holding-in təşkilatçılığı ilə “The Ritz-Carlton, Baku” hotelində ikinci INMerge İnvestisiya Forumu keçirilib.
Ötən il ilk dəfə təşkil olunan Forumun yaratdığı əməkdaşlıq platformasını daha da genişləndirən builki tədbir 14 ölkədən 150-dən çox iştirakçını bir araya gətirib. İştirakçıların təmsil etdikləri qurumların idarə etdiyi aktivlərin ümumi dəyəri 700 milyard ABŞ dollarını ötür. Forumda ilkin mərhələdən inkişaf mərhələsinədək müxtəlif mərhələlərdə startaplara investisiya yatıran vençur kapitalı fondlarının 45 idarəedici tərəfdaşı (GP), banklar, inkişaf bankları və suveren investisiya fondları da daxil olmaqla 16 institusional investor (LP), korporativ vençur investisiyaları sahəsində fəaliyyət göstərən 7 şirkət, eləcə də dövlət qurumlarının və innovasiya ekosisteminin nümayəndələri iştirak ediblər.
Gün ərzində davam edən Forumun proqramı regionun inkişaf edən investisiya mühitinin və qlobal kapital bazarlarına inteqrasiya imkanlarının müzakirəsinə həsr olunub. Proqram KPMG-nin regionun investisiya mühitinə dair icmalı ilə başlayıb, daha sonra RISE tərəfindən Azərbaycan və Gürcüstanda vençur kapitalı bazarının mövcud vəziyyətinə dair təqdimatla davam edib.
Panel müzakirələrində regionun beynəlxalq kapitala çıxış imkanlarının genişləndirilməsi, erkən mərhələdə fəaliyyət göstərən investorların perspektivli investisiya imkanlarını bazar tərəfindən geniş tanınmazdan əvvəl müəyyən etməsi, eləcə də ayrı-ayrı inkişaf etməkdə olan frontier bazarlarının vahid və investorlar üçün cəlbedici regional vençur bazarında birləşdirilməsi imkanları diqqət mərkəzində olub.
Forum növbəti investisiya dövrünün perspektivlərinə həsr olunan müzakirə ilə yekunlaşıb. İştirakçılar süni intellekt sahəsinə yönələn hazırkı investisiya dalğasından sonrakı mərhələdə investorların diqqətini cəlb edə biləcək texnologiya və sektorları nəzərdən keçiriblər.
Forumda Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Azərbaycan Biznesinin İnkişafı Fondu, Türk İnvestisiya Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), PASHA Financial Holding, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Bir Ecosystem, PAŞA Bank, Alem Ventures, Sturgeon Capital, 500 Global, 212 və digər nüfuzlu qurumların nümayəndələri iştirak ediblər.
İkinci dəfə təşkil olunan INMerge İnvestisiya Forumu miqyasını və beynəlxalq əhatə dairəsini genişləndirməklə Bakının aparıcı regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir. Forum Mərkəzi Avrasiya, Yaxın Şərq və qlobal kapital bazarları arasında əlaqələrin gücləndirilməsi, uzunmüddətli investisiya tərəfdaşlıqlarının qurulması və regionda beynəlxalq investisiya əməkdaşlığının inkişafı üçün mühüm platforma rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
19 saat sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
12 saat sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
10 saat əvvəl
İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib
- 1 gün əvvəl
-
1 gün əvvəl
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
- 1 gün əvvəl
-
2 gün əvvəl
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
2 gün əvvəl
Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
-
2 gün əvvəl
Almaniyanın proqram təminatı nəhəngi SAP ən azı 10 min iş yerini ixtisar etməyi planlaşdırır
-
2 gün əvvəl
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Afrikanın ən varlı iş adamı nəhəng neft emalı zavodunu birjaya çıxarır – 47 milyard dollarlıq rekord IPO
Noyabrın 29-da gözlənilən hava şəraiti
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda mənzil alanlar üçün 3 ödəniş seçimi: FAİZSİZ KREDİT, ipoteka və güzəştli kredit ®




























