Mərkəzi Bank təhdidləri açıqladı
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilmişdir.
"Marja" xəbər verir ki, Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında yayadığı açıqlamada deyilir:
Faiz dəhlizinin parametrləri haqda qərar son makroiqtisadi proseslərin təhlili və yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilmişdir. 2018-ci ilin ötən dövründə inflyasiya elan edilmiş hədəf diapozonundan aşağı səviyyədə qərarlaşmış, dünya enerji daşıyıcıları bazarında əlverişli qiymət trayektoriyası fonunda tədiyə balansı profisitli olaraq qalır və iqtisadi aktivlik üzrə müsbət dinamika davam edir. Son makroiqtisadi proqnozlar göstərir ki, qarşıdakı dövrdə monetar şəraitin normallaşma dinamikası xarici və fiskal sektorda gedən proseslərdən asılı olacaqdır.
Qərar qəbul edərkən İdarə Heyəti aşağıdakıları nəzərə almışdır.
İnflyasiya prosesləri. İnflyasiyanın azalması prosesi davam edir. 2018-ci ilin 5 ayında orta illik inflyasiya 3.2% təşkil etmişdir. Dövr ərzində əhalinin nominal gəlirlərinin artım tempi qiymətlərin ümumi səviyyəsinin artım tempini üstələmişdir.
İnflyasiya manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması kimi amillərin təsiri altında azalır. Əlavə olaraq may ayından başlayaraq mövsümi amillər də inflyasiyanın azalmasını dəstəkləyir. Ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər göstərir ki, inflyasiya gözləntiləri son illərin minimumuna enmişdir.
Son proqnozlar makroiqtisadi meyillərin cari dinamikasının saxlanması halında 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə və hədəf intervalında qalacağını göstərir. İnflyasiyanın başlıca risklərinə əsas ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, yerli istehsal xərclərinin artması, fiskal genişlənmə və bu əsasda məcmu tələbin artması, məzənnə və inflyasiya gözləntilərinin assimmetrik həssaslığı aiddir.
Xarici şərait. Tədiyə balansı göstəricilərinin yaxşılaşması davam edir. I rübdə cari əməliyyatlar hesabında ÜDM-in 15.4%-i səviyyəsində profisit formalaşmışdır. Xarici sektorda pozitiv meyillər II rübdə davam edir. 2018-ci ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət balansının müsbət saldosu 2.1 dəfə, ixrac 65.8%, qeyri-neft ixracı 14.2% artmışdır. Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin yaxşılaşmasının başlıca amilidir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Ticarət balansı ilə yanaşı xidmətlər balansında da yaxşılaşma davam edir. I rübdə xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalmış, turizm xidmətləri balansında müsbət saldo qorunmuşdur. Pul baratlarının dinamikası da ölkənin xarici valyuta daxilolmalarının artmasına müsbət təsir göstərmişdir.
Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam etmişdir.
Son proqnozlara görə 2018-ci ilin sonuna tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Ortamüddətli dövrə isə tədiyə balansı üçün başlıca təhdidlər beynəlxalq enerji daşıyıcıları bazarındakı qeyri-müəyyənliklər, habelə məcmu tələbin genişlənməsi və partnyor ölkələrdəki məzənnə ucuzlaşmalarının təsiri ilə idxalın yüksək templə artmasıdır.
İqtisadi aktivlik. İqtisadi aktivlikdə pozitiv dinamika 2018-ci ildə də davam etmişdir. 2018-ci ilin yanvar-may aylarında iqtisadi artım 1.1% olmuş, o cümlədən qeyri-neft sektorunda 1.9%-lik iqtisadi artım baş vermişdir. İqtisadi artım qeyri-neft sənayesində 8.1%, kənd təsərrüfatında 8.6% təşkil etmişdir. Xarici tələbin və dövlət investisiyalarının artması qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyən başlıca amillərdir. İstehlakçı inamı göstəricilərinin yaxşılaşması, əhali gəlirlərinin yüksəlməsi və pərakəndə kreditləşmənin tədricən bərpası da iqtisadi aktivliyə artırıcı təsir edir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinin nəticələri də ötən illə müqayisədə iqtisadi aktivliyin artdığını təsdiq edir. Məcmu buraxılış kəsiri və iqtisadi artımın potensial səviyyəsi üzrə qiymətləndirmələr iqtisadi aktivlikdəki yüksəlişin hələ ki, inflyasiyanı yüksəltmədiyini göstərir.
Son proqnozlar 2018-ci ilin sonuna iqtisadi artımın davam edəcəyini göstərir. Orta və uzunmüddətli perspektivdə ölkədə iqtisadi artımın yüksələrək qlobal iqtisadi artım tempini üstələməsi makroiqtisadi sabitliyin qorunmasından və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların sürətindən asılı olacaqdır.
Monetar şərait. 2018-ci ildə monetar şərait neytrallığa yaxınlaşmaq istiqamətində dəyişmişdir. Monetar şəraitin tarazlı yumşaldılması tədbirləri qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balans yaratmağa xidmət etmişdir.
İlin ötən dövründə Mərkəzi Bank ümumilikdə pul bazasına artırıcı təsir göstərən monetar əməliyyatlar həyata keçirmişdir. Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı yanvar-may aylarında 12.3% azalmışdır ki, bu da fiskal əməliyyatların pul bazasına azaldıcı təsirini qismən neytrallaşdırmışdır. Kredit aktivliyinin zəif bərpası və bank sistemində iri həcmli struktur likvidliyi şəraitində Mərkəzi Bankın açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı sərhəddinə yaxın səviyyədə formalaşmaqdadır.
İnflyasiya gözləntilərinin azalması şəraitində 2018-ci ilin ötən dövründə ölkədə de-dollarlaşma prosesləri davam etmişdir. İlin əvvəlindən xarici valyutada depozitlərin geniş pul kütləsində (M3 pul aqreqatı) xüsusi çəkisi 2.1 faiz bəndi, fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə 3.6 faiz bəndi azalmışdır.
Mərkəzi Bank 2018-ci ilin qalan dövründə də inflyasiya dinamikasını, inflyasiya risklərini, iqtisadi artım perspektivlərini və monetar sektorda gedən prosesləri nəzərə almaqla faiz dəhlizi parametrlərinə dair qərar verəcəkdir.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin avqust ayında müzakirə ediləcəkdir.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
2 saat əvvəl
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
-
4 saat əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Ən çox oxunanlar
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®




















