"Yapı Kredi Bank Azərbaycan" 2018-in yarısını mənfəətlə başa vurdu
"Yapı Kredi Bank Azərbaycan" 2018-ci ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank ilin birinci yarısını 1 milyon 401 min manat mənfəətlə başa vurub. Bank cari ilin yanvar - mart dövründə 660 min manat, aprel-iyun dövründə isə 741 min manat mənfəət əldə edib.
Bu barədə "Marja"ya Bankdan bildirilib.
Qeyd edilib ki, Bankın kapitalında da artım qeydə alınıb. Məcmu kapitalın ötən ilin ikinci rübü ilə müqayisədə 30% artdığı müşahidə edilir. Belə ki, hal hazırda "Yapı Kredi Bank Azərbaycan"ın məcmu kapitalı 65 milyon 750 min manata bərabərdir ki, bu da mövcud qanunvericilikdə tələb ediləndən 31% çoxdur.
Ötən dövr ərzində bank müştərilərə verdiyi kreditlərin həcmini də artırmışdır. Ötən rüblə müqayisədə 12% daha artıq kredit verən bank, digər maliyyə institutlarından aldığı krediti də bağlamışdır: "Bu da o deməkdir ki, bankın güclü likvidliyi öz hesabından kredit verməsinə imkan yaradır".
Hüquqi və Fiziki şəxslərin tələbli əmanətlərinin toplam əmanətlərə həcmi 77% təşkil edir. Bu da bankın faiz xərclərini optimal səviyyədə saxlamasına şərait yaradır. Elə bunun məntiqi ardıcıllığı olaraq, bankın faiz xərci ötən illə müqayisədə 43% azalmış, xalis faiz gəlirləri isə 20% artmışdır.
Kapitalın adekvatlıq əmsalında da müsbət tendensiya qeydə alınmışdır. Bank ötən ilin yarısından etibarən kapitalın adekvatlıq əmsalını 14.9%-dən 24.8%-ə qaldırmışdır. Bu isə yerli requlyatorun tətbiq etdiyi tələbdən qat qat çoxdur.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 d. əvvəl
-
3 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
11 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 29 d. əvvəl
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
















.jpg)




