“Nikoil Bank” “TBC Bank” ola bilər

Xəbər verdiyimiz kimi, “TBC Bank” Azərbaycandakı biznesini inkişaf etdirmək məqsədilə “Nikoil” İnvestisiya-Kommersiya Bankı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Sazişə görə, “TBC Bank”ın Azərbaycanda törəməsi “TBC Kredit” bank olmayan kredit təşkilatı “Nikoil Bank” ilə birləşəcək. Birləşmədən sonra “TBC Bank” birləşmiş kredit strukturunda 10%-dək pay sahibi olacaq. Eyni zamanda “TBC Bank”, 50% + 1 səhm payına sahib olmaq məqsədilə birləşmiş təşkilatın əlavə səhmlərinin əldə edilməsi üçün 3 illik koll-opsion alacaq.
"Marja"nın məlumatına görə, ehtimal olunur ki, birləşmiş kredit strukturu gələcəkdə “TBC Bank” adı ilə fəaliyyət göstərəcəkdir. Əgər “TBC Bank” 3 illik koll-opsiondan istifadə edərsə və təşkilatda nəzarəti əldə edərsə, “Nikoil” Bankın adı dəyişdirilə bilər.
“TBC Bank Group PLC”-nin məlumatında da qeyd edilir ki, strateji tərəfdaşlıq haqqında saziş “TBC Bank” Azərbaycandakı biznesini inkişaf etdirmək məqsədilə” imzalanıb.
Birləşmə başa çatdığı halda “TBC Bank” birləşmiş təşkilatın strategiyasının işlənib hazırlanması və icrasına kömək edəcək. “TBC Bank” “Nikoil Bank”ın Şurasında təmsil olunacaq və İKB-nin rəhbərliyi ilə birlikdə şirkətin gələcək inkişafında həlledici rol oynayacaq. “TBC Bank” “Nikoil” İKB-nin məqsədli pərakəndə bazarlar və kiçik və orta biznesin kreditləşdirilməsi üzrə inkişafına dəstək məqsədilə Gürcüstanın bank sektorundakı təcrübəsini, eləcə də bu yaxınlarda yaradılmış “Kosmos” rəqəmsal bankını istifadə etmək niyyətindədir.
Bəs hər iki təşkilat hansı maliyyə göstəricilərinə malikdirlər?
30 İyun 2018-ci il tarixində “Nikoil Bank” 446 milyon 472 min manat cəmi aktivlərə, 392 milyon 523 min manat cəmi öhdəliklərə və 53 milyon 948 min manat cəmi kapitala malik olub. Bankın kredit portfeli 289 milyon 31 min manat təşkil edib. Bankın nizamanamə kapitalı 279 milyon manat, cəmi kapitalı isə 106 milyon manat olub.
31 Dekabr 2017-ci il tarixində “TBC Kredit”in cəmi aktivləri 25 milyon 326 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 19 milyon 290 min manat təşkil etmişdir. “TBC Kredit” Bank Olmayan Kredit təşkilatı 2017-ci ili 1 milyon 188 min manat xalis mənfəətlə başa vurub. Ötən il “TBC Kredit”in faiz gəlirləri 5 milyon 564 min manat təşkil edib.
"TBC Kredit"in səhmlərinin 75%-i Gürcüstanın aparıcı banklarından olan "TBC Bank"a, 25%-i isə "Triodos Ventures"ın ( ABŞ) üzvü olan "Enclude" şirkətinə (əvvəlki Shore Overseas Azerbaijan) məxsusdur.
"Nikoil Bank" Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri, Azərbaycanlı milyader Vahid Ələkbərovun bankı kimi tanınır. Ötən ilin sonunda Bankın 93.16%-i "Topaz Investments" QSC-yə, 6.68%-i fiziki şəxslərə və 0.16%-i İSR Holding-ə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
15 d. əvvəl
Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək
- 34 d. əvvəl
- 39 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur
- 2 saat əvvəl
-
2 saat əvvəl
İstifadə müddəti bitmiş kartlar sənət əsərlərinə çevriləcək - “Card to Art” layihəsi davam edir
-
2 saat əvvəl
108 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb, 20 milyarddan çox dövriyyə qeydə alınıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Macarıstanın Baş naziri Azərbaycana gəlir

İstifadə müddəti bitmiş kartlar sənət əsərlərinə çevriləcək - “Card to Art” layihəsi davam edir

108 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb, 20 milyarddan çox dövriyyə qeydə alınıb

Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO

Bank sektoru depozitlərin hesabına böyüyüb

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq
