"Unibank" ideya və təkliflərə 1 milyon dollar ayırdı - MÜSAHİBƏ
“Unibank” daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırıb. Məqsəd bankın IT, biznes və ya idarəetmə sisteminin inkişafını, məhsul və xidmətlərin səmərəliliyinin artırılmasını nəzərdə tutan ideyaları ortaya çıxarmaqdır.
"Unibank" daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1 milyon dollar ekvivalentində büdcə ayırıb. İnnovasiya layihələrinin tətbiqi nəticəsində birinci ildə əldə olunan gəlirin 50%-i ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək. Bu, Bankın idarəetmə sisteminin transformasiyası proqramının daha bir komponentidir.
Təşəbbüs haqqında sualları “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb.
- Faiq müəllim, "Unibank" hər zaman ilkləri ilə seçilib. İstər innovativlik, istərsə də yeni məhsulların bazara təqdim edilməsi baxımından davamlı yeniliklər olur. Hal-hazırda ölkənin bank bazarı üçün yeni olan daha bir layihəni təqdim etməyə hazırlaşırsınız. Bu layihənin özəlliyi nədir?
Bankın idarəetmə sistemlərinin strateji inkişafı çərçivəsində, xüsusi təşviq mexanizminin yaradılması ilə daxili innovasiyaların stimullaşdırılması prosesinə başladıq. Daxili innovasiyalara dəstək məqsədi ilə 1 milyon dollar ekvivalentində maliyyə vəsaiti ayrıldı. Biz fəxrlə deyə bilərik ki, həyata keçirməyi hədəflədiyimiz layihə Azərbaycan bank sektorunda innovasiya sahəsinə ayrılan ilk böyük maliyyə büdcəli bir layihədir.
- Layihə haqda bir qədər ətraflı məlumat verə bilərsiniz? Kifayət qədər böyük büdcəyə malik bu layihə çərçivəsində vəsaitlərin hansı məqsədlərə və istiqamətlərə yönəldilməsi nəzərdə tutulur?
Məqsəd bankın IT, biznes və ya idarəetmə sisteminin inkişafını, məhsul və xidmətlərin səmərəliliyinin artırılmasını nəzərdə tutan ideyaları ortaya çıxarmaqdır. Təklif olunan layihələrə Bankın hər hansı bir istiqamətdə xərclərini azaltmağı nəzərdə tutan səmərələşdirici təklifləri də aid etmək olar. Əsas - təqdim olunan innovasiya layihələrinin tətbiqi nəticəsində maliyyə səmərəsinin olmasıdır.
Prosesin gedişatı çox sadədir: İdarə Heyətinin qərarı müsbət olduqda, səmərələşdirici təklifin/yeni məhsulun müəllifinə bu layihənin tətbiqi üçün razılıq verilir və onun maliyyələşdirilməsi aparılır. Layihə müəllifi birbaşa icra prosesinin içində olur və layihənin nəticələrinin alınmasının qarantı kimi çıxış edir. Layihələr qısa müddətli və yaxud uzun müddətli ola bilər. Layihələrin maksimal icra müddəti 5 ildir. İnnovasiya təklifinin və ya yeni məhsulun biznes planının nümunə forması da artıq təsdiqlənib.
Sonda layihənin tətbiqinin nəticəsi qiymətləndiriləcək və birinci il ərzində əldə olunan maliyyə göstəricisinin 50%-i bu ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək.
- "Unbank" əməkdaşı olmayan şəxslər də bu layihə çərçivəsində öz səmərələşdirici təkliflərini təqdim edə bilərlər?
Sözsüz ki, hər bir "Unibank" əməkdaşı bu layihədə iştirak etmək hüququnu qazanır. "Unibank" əməkdaşı olmayanlar isə layihələri elektron poçtumuza yönəldib və komandamıza qoşulmaqla iştirak edə bilərlər. Layihələrin qəbulu indidən aparılacaq və bankdaxili prosedurlara uyğun olaraq mərhələlər yolu ilə təsdiqlənən, razılıq verilən layihələrin icrasına gələn ilin əvvəllərindən başlanılacaq. İdeya, təşəbbüs və layihəsinə güvənən hər kəsi komandamızda görməyə şadıq.
- Bank sektoru üçün yeni olan bu layihənin tətbiqi Sizcə bazara və eləcə də “Unibank”a nə qazandıracaq?
- Bu layihədən bütün tərəflər qazanır: əməkdaşlar da, şirkət də, cəmiyyət də. Ölkənin bank sahəsi üçün yenilərdən olan, bank məhsul və xidmətlərinin səmərəliliyinin artmasına, rəqəmsallaşmasına xidmət edən bir layihənin bazarda yeni trendlər yaradacağına, yeni ideyaların yaranmasına səbəb olacağına ümid edirik. "Unibank" olaraq, gələn il də yeni transformasiya layihələrinin tətbiqini davam etdirəcəyik.
Bankdan kənar potensial təkliflərin qəbulunu asanlaşdırmaq üçün və bu kommunikasiyanın məxfiliyinə, müraciət edənlərin hüquqlarının qorunmasına nəzarət məqsədilə "Unibank CEO" tərəfindən xüsusi kommunikasiya imkanı yaradılıb. Layihələri təqdim etmək istəyənlər birbaşa mənə- [email protected] elektron poçtuna yaza bilərlər. Bütün müraciətlərin məxfiliyi qorunacaq.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat sonra
- 2 d. əvvəl
-
-
4 d. əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 21 d. əvvəl
-
43 d. əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
54 d. əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
-
1 saat əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi













.jpg)





