“Amrahbank” 26 ilini öz yeni binasında qeyd etdi
(®) 28 dekabr 1993-cü ildə fəaliyyətə başlayan, artıq 26 illik tarix və zəngin təcrübə ilə bir çox mühüm nailiyyətlər əldə edən “Amrahbank” hazırda Azərbaycanın ilk bankları sırasında olmaqla ölkənin aparıcı banklarından biridir.
28.12.2019-cu il tarixində “Amrahbank” fəaliyyətinin 26 ilini Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşən öz yeni binasında qeyd edib.
Tədbirdə çıxış edən Bankın Müşahidə Şurasının sədri Yunis İldırımzadə “Amrahbank”ın yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən, son illərdə Azərbaycanın bank sektorundakı ümumi vəziyyətdən danışaraq “Amrahbank”ın 26 yaşının tamam olması münasibətilə Bankın bütün kollektivini ürəkdən təbrik etdi, onlara Bankın fəaliyyətində sərf etdikləri əməklərinə görə öz minnətdarlığını bildirib, gələcək işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, ölkənin müstəqilliyi ərəfəsində və müstəqil dövlətimizin ilk illərində bir çox çətinlikləri geridə qoyaraq, sonrakı illərdə ölkədə yaranan sabitlik və iqtisadi inkişaf şəraitində fəaliyyətini genişləndirən “Amrahbank”, on minlərlə müştəriyə ən geniş çeşiddə xidmətlər göstərən universal bir banka çevrilmişdir.
Bank müştərilərə geniş çeşiddə bank xidmətlərini təklif edir. Təklif olunan xidmətlərin sırasına hüquqi və fiziki şəxslər üçün cari hesabların açılması, kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, əmanət hesablarıının açılması, plastik kartlar üzrə əməliyyatlar, beynəlxalq və yerli pul köçürmələri, hesbalaşma-kassa əməliyyatları, inkassasiya xidmətləri və s. daxildir.
Bankın səhmlərinin 45.84% pay ilə Bəhreyndə yerləşən “Beynəlxalq İnvestisiya Bankı”na (BİB) aid olması da “Amrahbank”ın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rolu olmuş, eyni zamanda Bankın bir çox aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər qurulmasında geniş imkanlar açmışdır.
“Amrahbank” ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda baş ofisi də daxil olmaqla 23 filialı fəaliyyət göstərir, bunlardan 17-i Bakı şəhərində, 8-ı isə ölkənin regionlarında yerləşir. Bankın inkişaf tarixinə aid mühüm hadisələrdən biri də 2019-cu ilin iyun ayından etibarən Bankın yeni inzabati binasının istifadəyə verilməsi oldu. Qeyd edək ki, Bankın yeni binası Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşir. “Amrahbank”ın 11 mərtəbəli yeni binası 10 min kvadrat metrdən çox sahəni əhatə edir.
“Amrahbank” bir sıra ixtisaslaşmış təşkilatların, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Banklararası Valyuta Birjasının, VİSA, MasterCard Beynəlxalq Ödəniş sistemlərinin, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun , Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, Azericard Prosessinq Mərkəzinin və s. üzvüdür.
Qeyd edək ki, “Amrahbank”ın yaranma günü münasibətilə mövcüd olan bayram əhval ruhiyyəsi iş saatından sonra keçirilən korporativ tədbirlə davam etdirildi. Unudulmaz anlar yaşayan Amrahbank kollektivi fəaliyyətlərinə görə Bankın rəhbərliyi tərəfindən müxtəlif növ nominasiyalar üzrə sertfikatlarla da təltif edildilər.
“Amrahbank” fəaliyyətinin 26 illiyi münasibəti, eləcə də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylık Günü və 2020-ci il Yeni Təqvim İli münasibətilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, bankla əməkdaşlıq etdikləri üçün onların hər birinə təşəkkür edir, gələcək işlərində yeni-yeni uğurlar arzulayır.
Amrahbank: Sizə açıq və aydın bank!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
10 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHILAR
-
-
19 d. əvvəl
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu ®
-
26 d. əvvəl
Qeyri-neft ixracında yeni liderlər – Mis filizləri, şəkər və alüminium sürətlə artır
-
42 d. əvvəl
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
-
1 saat əvvəl
Xaricdən 64,7 milyon dollarlıq çay alınıb – İdxal 11 min tona yaxınlaşıb
-
1 saat əvvəl
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neftin 10 dollar bahalaşması Azərbaycana nə qazandırır? Taleh Kazımovdan açıqlama
-
2 saat əvvəl
Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib
-
2 saat əvvəl
Dünyanın ən varlı adamından milyardlarla dollarlıq vəd – ABŞ-da hər uşağa bir səhm
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHILAR
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
Rəsmi məzənnələr açıqlandı




























