"51 milyon manat faiz və cərimə borcu bağışlamışıq" - BANK SƏDRİ
“Bank of Baku” ASC tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çərçivəsində 93,3 min sayda müştərinin 51 milyon manat məbləğində faiz və cərimə borcu bağışlanmışdır.
Bunu “Marja”ya müsahibəsində “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Eldar Həmidov bildirib.
Sədrin sözlərinə görə, Fərman ilk növbədə əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş əsas kredit borclarının ödənilməsini və kredit borclarının restrukturizasiyasını nəzərdə tutsa da, orada təsbit olunan tədbirlərin həyata keçirilməsi eyni zamanda, bankların maliyyə sağlamlaşmasının təmin edilməsinə də mühüm töhfəsini verib:
“Fərmanın icrası çərcivəsində 50 min müştərinin 53,3 milyon manat problemli kreditləri dövlət büdcəsi hesabına ödənildi, 72 min müştəriyə məzənnə fərqinə görə 49,9 milyon manat məbləğində kompensasiya ödənişi həyata keçirildi və 40 min müştərinin 84,4 milyon məbləğində kreditləri restrukturizasiya olundu. Kompensasiya hesabına kredit borcu ödənilən və restrukturizasiya olunan 93,3 min sayda müştərinin Bank tərəfindən 51 milyon manat məbləğində faiz və cərimə borcu bağışlanmışdır. Hazırda Bankın kapitalı 55,6 milyon manat, kapital adekavatlığı əmsalı 22.7%-dir, kapitalın gəlirliliyi isə 37% təşkil edir”.
ÖLKƏ ÜZRƏ 205 MİLYON MANAT FAİZ VƏ DƏBBƏ PULLARI SİLİNİB
Bu gün dərc edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib ki, ölkə başçısının 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı 602 min vətəndaş kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaş isə kreditlərinin restrukturizasiyasına aid edilmişdir.
Artıq vətəndaşlara 644.5 milyon manat kompensasiya ödənilmişdir.
Son tarixə 123.1 min borcalanın 242.3 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə (1% olmaqla 5 ilə) restrukturizasiya edilmişdir.
Fərman çərçivəsində silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olmuş, 42 min borcalanın kreditləri tam bağlanmışdır.
Bəyantda deyilir ki, Fərmanın icrası bank aktivlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir. Cari ilin noyabrında sektorun vaxtı keçmiş kreditlərinin portfeldə payı 2018-ci ilin sonu ilə müqayisədə 3 faiz bəndi azalmışdır. Bununla belə problemli kreditlər maliyyə sisteminin sabitliyinin kövrəkliklərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
21 d. əvvəl
Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək ®
-
-
48 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHILAR
-
57 d. əvvəl
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu ®
-
1 saat əvvəl
Qeyri-neft ixracında yeni liderlər – Mis filizləri, şəkər və alüminium sürətlə artır
-
1 saat əvvəl
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
-
2 saat əvvəl
Xaricdən 64,7 milyon dollarlıq çay alınıb – İdxal 11 min tona yaxınlaşıb
-
2 saat əvvəl
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neftin 10 dollar bahalaşması Azərbaycana nə qazandırır? Taleh Kazımovdan açıqlama
-
2 saat əvvəl
Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək ®
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHILAR
Qeyri-neft ixracında yeni liderlər – Mis filizləri, şəkər və alüminium sürətlə artır
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
Rəsmi məzənnələr açıqlandı





























