“Kapital Bank”ın xalis mənfəəti rekord qırdı
“Kapital Bank” ASC 2019-cu ili 134 milyon 708 min manat xalis mənfəət ilə başa vurub. Bu, Bankın idiyədək əldə etdiyi ən yüksək illik xalis mənfəətdir.
“Marja” Bankın yerli maliyyə standartları əsasında hazırlanmış və audit olunmamış illik hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Kapital Bank”ın xalis mənfəəti 36 milyon 655 min manat və ya 37,4% artıb. “Kapital Bank” 2018-ci ili 98 milyon 53 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” xəbər verir ki, 2018-ci ildə 321 milyon 562 min manat təşkil etmiş faiz gəlirləri 2019-cu ildə 400 milyon 957 min manata, 2018-ci ildə 136 milyon 851 min manat təşkil etmiş qeyri-faiz gəlirləri isə 2019-cu ildə 170 milyon 345 min manata yüksəlib.
BANK DAHA DA BÖYÜYÜB
2018-ci ilin sonu ilə müqayisədə “Kapital Bank”ın cəmi aktivləri 11,4% artaraq 2019-cu ilin sonunda 4 milyard 143 milyon 322 min manata, müştərilərə verilən kreditlər 21,3% artaraq 1 milyard 821 milyon 222 min manata, depozitlər isə 9,7% artaraq 3 milyard 235 milyon 996 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
11 d. əvvəl
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
-
-
1 saat əvvəl
Xaricdən 64,7 milyon dollarlıq çay alınıb – İdxal 11 min tona yaxınlaşıb
-
1 saat əvvəl
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neftin 10 dollar bahalaşması Azərbaycana nə qazandırır? Taleh Kazımovdan açıqlama
-
1 saat əvvəl
Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib
-
1 saat əvvəl
Dünyanın ən varlı adamından milyardlarla dollarlıq vəd – ABŞ-da hər uşağa bir səhm
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb – İdxal 14,6 milyon dollar geriləyib
-
3 saat əvvəl
Azərbaycana bitki yağlarının idxalı kəskin artıb – 223 milyon dolları ötüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
Rəsmi məzənnələr açıqlandı
Dövlət Neft Fondunun aktivləri 125,7 milyard manata, illik xalis mənfəəti isə 26,9 milyard manata çatıb



























