PAŞA Bank “Ticarətin maliyyələşdirilməsi üzrə Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb
(®) Beynəlxalq işgüzar nəşri olan Global Finance jurnalı 2020 ildə "Best Trade and Supply Chain Finance Awards" mükafatının qalıbləri barədə məlumatı açıqlayıb.
Əsaslı seçim prosesinin nəticəsində ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2020-ci ildə "The Best Trade Finance Provider in Azerbaijan" mükafatına layiq görülüb.
2020-ci ilin qaliblərinin seçimi zamanı "Global Finance" jurnalının heyəti əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabətli qiymət və innovativ texnologiya kimi amilləri nəzərə almışdır.
Qaliblərin mükafatlandırılması 15 yanvar 2020-ci il tarixində Frankfurt şəhərində keçirilən Maliyyə və Ticarət üçün Bankirlər Birliyinin (BAFT) illik iclası çərçivəsində baş tutmuşdur.
Qeyd edək ki, "Global Finance" jurnalı 1987-ci ildən dərc olunur və dünyanın 180 ölkəsində yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
11 d. əvvəl
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
-
-
1 saat əvvəl
Xaricdən 64,7 milyon dollarlıq çay alınıb – İdxal 11 min tona yaxınlaşıb
-
1 saat əvvəl
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neftin 10 dollar bahalaşması Azərbaycana nə qazandırır? Taleh Kazımovdan açıqlama
-
1 saat əvvəl
Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib
-
1 saat əvvəl
Dünyanın ən varlı adamından milyardlarla dollarlıq vəd – ABŞ-da hər uşağa bir səhm
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb – İdxal 14,6 milyon dollar geriləyib
-
3 saat əvvəl
Azərbaycana bitki yağlarının idxalı kəskin artıb – 223 milyon dolları ötüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
Rəsmi məzənnələr açıqlandı
Dövlət Neft Fondunun aktivləri 125,7 milyard manata, illik xalis mənfəəti isə 26,9 milyard manata çatıb


























