Unibank 2019-cu ili böyük məbləğdə mənfəətlə başa vurub
“Unibank” KB ASC 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb.
“Unibank”dan “Marja”ya daxil olmuş məlumata görə, 31 dekabr 2019-cu il tarixə bankın əldə etdiyi mənfəət (İFRS üzrə) 79 milyon manat təşkil edib. Bankın kapitalı (İFRS üzrə) 135 milyona çatıb.
Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov 2019-cu ili bank üçün uğurlu illərdən biri kimi dəyərləndirib:
“Ötən il Unibank üçün inkişaf prosesləri və nailiyyətlərlə yadda qaldı. Ilk növbədə banklar üçün mühüm tədbirlərdən biri olan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanını uğurla icra etdik. 125 minə yaxın müştəriyə 66.5 milyon manat məbləğində kompensasiya vaxtında ödənildi. Bu, bizim qarşımızda olan çox vacib və mühüm bir iş idi. Bankımız bütün göstəricilər – kredit və depozit portfelləri, müştəri sayı, kredit kartları -üzrə əhəmiyyətli artım əldə edib. Bankın daxili insitutisional inkişafı üzrə böyük iş apardıq. Əldə etdiyimiz bütün nəticələr onu deməyə əsas verir ki, 2019-cu il bu il və qarşıdakı illər üçün “Unibank”ın daha böyük uğurlarına zəmin ili olub”.
İlin əvvəlindən bankın aktivlərinın həcmində 12% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 787 milyon manat təşkil edib.
2019-ci il ərzində də bankda aktiv kreditləşmə müşahidə olunub. Ümumi kredit portfeli 13% artaraq 507 milyon manata çatıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən illə müqayisədə 52% artıb.
“Unibank”ın depozit portfeli il ərzində böyüyüb. Müddətli depozitlər illik 19% artaraq 31 dekabr 2019-cu il tarixinə 345 milyon manat təşkil edib. Müştərilərin tələbli depozitlərində isə illik artım 18% olub və 31 dekabr 2019-cu il tarixinə 185 milyon manat təşkil edib.
Dövriyyədə olan aktiv debet kartların sayı ilin əvvəli ilə müqayisədə 30% artaraq 356 minə çatıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
46 d. əvvəl
Xaricdən 64,7 milyon dollarlıq çay alınıb – İdxal 11 min tona yaxınlaşıb
-
-
52 d. əvvəl
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
- 53 d. əvvəl
-
1 saat əvvəl
Neftin 10 dollar bahalaşması Azərbaycana nə qazandırır? Taleh Kazımovdan açıqlama
-
1 saat əvvəl
Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib
-
1 saat əvvəl
Dünyanın ən varlı adamından milyardlarla dollarlıq vəd – ABŞ-da hər uşağa bir səhm
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb – İdxal 14,6 milyon dollar geriləyib
-
2 saat əvvəl
Azərbaycana bitki yağlarının idxalı kəskin artıb – 223 milyon dolları ötüb
-
2 saat əvvəl
Azərbaycan xaricdən kərə yağı alışını artırıb, günəbaxan və qarğıdalı yağlarının alışını artırıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
Dövlət Neft Fondunun aktivləri 125,7 milyard manata, illik xalis mənfəəti isə 26,9 milyard manata çatıb
Azərbaycan xaricdən kərə yağı alışını artırıb, günəbaxan və qarğıdalı yağlarının alışını artırıb





























