Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 738 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174, ötən müddət ərzində isə ümumilikdə 855 802 test aparılıb.

Xatırladaq ki, 19 avqustda 146 yoluxma faktı qeydə alındığı açıqlanmışdı. 10 avqustda yeni yoluxma faktı 79-a düşmüşdü.

 

20.08.2020 17:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ