Səhm birjalarında yeni rekord gözlənilir – 200 milyard dollarlıq bazar dəyəri
Alibaba-nın törəmə şirkəti ötən il baş tutmayan IPO-dan sonra bu dəfə iri həcmli investisiyanı cəlb etməkdə qərarlıdır.Marja xəbər verir ki, qlobal investorların bəziləri 2020-ci ilin nəticələri əsasında hazırda Ant Gropu-un bazar dəyərinin 200 milyard dollar təşkil edəcəyini bildirir. Ötən il Alibaba ilə Çin hökuməti arasında yaşanan olaylardan sonra maliyyə nəhəngləri birja xəbərlərinə daha soyuqqanlı yanaşırlar.
Xatırladaq ki, Ant Group 2020-ci ilin oktyabrında Səhmlərin İlkin Kütləvi yerləşdirilməsinə gedərək, səhmlərdən 34 milyard dollarlıq hissəni satacağını bildirmişdi. Bu, həmin zaman dünyanın ən bahalı IPO-su hesab edilirdi və şirkətə ümumilikdə 313 milyard dollar bazar dəyəri qazandıracağı proqnozlaşdırılırdı. Son anda Çinin bazar tənzimləyicisinin məsələyə müdaxiləsi bu IPO-nun baş tutmasına mane olmuş və Alibaba-nın rəhbəri Cek Ma ilə Çin rəsmiləri arasında münasibətlər pisləşmişdi.
2014-cü ildə Alibabanın üçüncü tərəflərə mobil və onlayn ödəniş xidmətləri təklif edən platforması Alipay rebrendinqə gedərək, fintech bazarında Ant Group yaradıldı. Şirkət ötən dövr ərzində bir milyarddan artıq istifadəçiyə və 80 milyon ticarətçiyə xidmət göstərən dünyanın ən böyük rəqəmsal ödəniş platformasına çevrilmişdir. 2020-ci ilin iyununa olan məlumata görə, Ant Group-un Alipay platforması ilə aparılan illik maliyyə əməliyyatlarının həcmi 118 trilyon yen (təqribən 18 trilyon 150 milyard dollar) təşkil edir.
Alipay Ant Group-a çevrildikdən sonra, şirkət davamlı olaraq səhm və bazar dəyərini artırmışdır. 2015-ci ildə əsasən Çin investorlarından 4,5 milyard dollar maliyyələşmə cəlb edərək 45 milyard dollarlıq bazar dəyəri qazanmış, 2017-ci ildə bu dəyər 60 milyard dollara qədər yüksəlmişdir. 2018-ci ildə investorlardan əlavə 14 milyard dollar maliyyələşmə cəlb etmişdir, bu o zaman bir özəl şirkətin tək raundda cəlb etdiyi ən böyük maliyyələşmə hesab olunurdu.
2020-ci ilin oktyabr-noyabr aylarında Şanxay və Honkonq birjalarında nəzərdə tutduğu listinqə çıxmaq planlarını məcburi olaraq dayandıran Ant Group, Çin Xalq Bankının göstərişlərinə əsasən yenidən təşkilatlanma həyata keçirməli və hökumətə icra planı təqdim etməlidir.
Ant Group son xəbərlər və 200 milyard dollarlıq bazar dəyərləndirməsi ilə bağlı şərh verməkdən imtina edib. Növbəti həftələrdə şirkət tərəfindən daha ətraflı məlumatın açıqlanacağı gözlənilir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
6 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
6 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
7 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
7 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
7 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi





















