Azərbaycan müəllimləri üçün Microsoft Innovative Education proqramı üzrə ekspert olmaq imkanı
(®️) Microsoft, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birqə 2021-2022 il üzrə MIE Expert proqramının açılışını elan edib.
Microsoft Innovative Educator Expert – siniflərdə və sinif xaricində texnologiyaları tətbiq etməyi bacaran, və bu sahədə təcrübəsi ilə bölüşməyə və öz məktəblərində, proqram iştirakçıları olan məktəblərdə, eləcə də xarici məktəblərdə Microsoft texnologiyaları üzrə məsləhətçi olmağa hazır olan insanlar üçün nəzərdə tutulan proqramdır.
Microsoft Korporasiyası uzun illər boyunca bütün dünyada, o cümlədən Azərbaycanda illik tədris və məktəb proqramları təşkil edir. Bu proqramlar, qabaqcıl təlim və tədris üsullarını qəbul edərək, məktəblərinin tədris sistemini təkmilləşdirmək və tədris nəticələrini yüksəltmək məqsədilə öz məktəblərində və siniflərində yeni tədris üsulları tətbiq edən, təhsil sahəsində fəaliyyət göstərən dünya liderlərinin və maarifçilərinin dəyərləndirilməsinə yönləndirilib.
MIE Expert proqramı iştirakçılar üçün aşağıdakı imkanları yaradacaq:
- Sinif daxilində və xaricində, yeni tədris üsulları, texnologiyaları və formaları ilə tanışlıq;
- Tədris üzrə qlobal mütəxəssis pedaqoqlar birliyində üzvlük və təcrübə mübadiləsi;
- Microsoft tədbirlərində iştirak;
- Beynəlxalq qruplarda, proqramlarda və layihələrdə iştirak: Master Teacher, Microsoft Fellow, yeni məhsulların yoxlanması üzrə fokus-qruplar, könüllü hərəkatları;
- Sertifikasiya sahəsində irəlləyiş.
Azərbaycandan programa qatılmaq üçün pedaqoqlar (sinif müəllimləri, məktəb rəhbərləri, tədris/təlim üzrə peşəkar mütəxəssislər, təhsil məsləhətçiləri, tədris proqramı üzrə mütəxəssislər və başqa tədris və təhsil proseslərində rolu olan şəxslər nəzərdə tutulur) aşağıdakı link vasitəsi ilə onlayn-ərizə göndərə bilər: https://msedu.eventcore.com/
Qeyd edək ki, Süni İntellektin imkanları sayəsində Azərbaycan dilini tanıyan Microsoft Edge üçün Tərcüməçi – dən istifadə edərək, iştirakçılar ərizə formasını doğma dildə doldura bilərlər.
Nominasiyalar 15 iyul tarixinə qədər təqdim olunmalıdır. Lakin, 8 iyul tarixinə qədər ərizənizi göndərib, birinci mərhələdən keçməyəcəksinizsə, 15 iyul tarixinə qədər təkrar ərizə göndərərək, namizədliyinizi irəli sürə bilərsiniz.
Nominasiya çərçivəsində sizə ünvanlanacaq sualları öncədən yoxlamaq üçün buraya daxil ola bilərsiniz.
MIE mütəxəssisləri, anketdə göstərilmiş cavablar, peşəkar fəaliyyətində innovasiyaların və Microsoft tətbiqlərinin istifadə səviyyəsi, eləcə də MİE ekspert proqramında iştirakın gələcək təlim tədris prosesinə təsirinin ətraflı təsviri əsasında regional Microsoft təmsilçisi tərəfindən seçiləcəklər.
Şirkət haqqında:
Microsoft (Nasdaq “MSFT” @microsoft) «intellektual bulud» və «intellektual texnologiyalar» dövründə rəqəmsal transformasiya üçün şərait yaradır. Şirkətin missiyası – planetimizdə yaşayan hər insana və hər təşkilata daha çoxuna nail olmaq üçün imkan yaratmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 40 d. əvvəl
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
























