Qazax-Ağstafa bölgəsində "Saloğlu" mebel kompleksi və müasir avtostansiyanın açılışı oldu
Bəli, yenə Saloğlu. Qərb bölgəsi sakinlərinə şad xəbərimiz var!(®️) Öz yenilikləri ilə gündəmdə olan “Saloğlu” şirkətindən mağaza konseptində daha bir fərqlilik. Qazax-Ağstafa regionunda həm kompleks mebel salonu, həm də komfortlu və rahat avtostansiyanın açılışı oldu. Müasir və modern avtostansiyada sərnisinlərə yüksək səviyyəli xidmət göstərilməsi üçün hər bir şərait yaradılıb.
“Saloğlu” mebel kompleksində isə zövqünüzə uyğun hər növ mebelə sahib ola bilərsiniz. Belə ki, kompleksdə bütün mebellərlə yanaşı özəl sifarişlər bölümü də yer almaqdadır. Bu bölümdə Saloğlu fabriklərində istehsal edilən qapılar, mətbəx mebelləri, otel otağı mebelləri, sauna konseptleri və s. özəl layihələr üçün hazırlanan mebellər sərgilənməkdədir.
Saloğlu fabrikinin satış direktoru Elşən Bayramlı müsahibəsində bildirib: “Müasir konseptdə yenilənmiş kompleks mağazamızı və modern avtostansiyanı regionumuzun xidmətinə veririk. Nəhəng kompleksimizin özəl sifarişlər bölümündə iri layihələr üçün bütün növ mebellər və əl işləri nümayiş olunur. 2000 ci ildən sürətli və peşəkar inkişaf yolundayıq. Təməli 2016-cı ildə atılan Venzana fabrikimiz son texnoloji Alman və İtalyan dəzgahları ilə istehsala tam hazırdır, açılışı isə yaxın aylara planlaşdırılır. Masallı, Quba, Gəncə , Mingəçevir və digər bölgələrdə də yaxın zamanda diler mağazalarımız açılacaq. Hədəfimiz “Saloğlu” mebeli Azərbaycan brendi olaraq ölkəmizlə yanaşı dünya bazarında da zirvəyə daşımaqdır.”
Kompleksdə iri layihələrinizi çox asanlıqla yüksək keyfiyyətli və zövqlü mebellərlə təmin edə biləcəksiniz. Bundan əlavə olaraq Saloğlu fabrikinin əsas hədəflərindən biri də 2022-ci ilin sonunadək ölkə üzrə 50 bayi-diler mağazası açmaqdır. Bu istiqamətdə işlər genişmiqyaslı olaraq davam etdirilir və yaxın günlərdə bir sıra bölgələrdə də diler-mağazaların açılışları olacaq. Yüksək keyfiyyət və zövqlə istehsal edilən mebellər əhaliyə və bütün müştərilərə daha yaxın olacaq.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
6 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 7 saat əvvəl
-
7 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
7 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
9 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
9 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır





























