“AS Group Investment” şirkəti şəhid ailəsinə 3 otaqlı mənzil hədiyyə etdi
“AS Group Investment” şirkəti Vətən Müharibəsinin başlanmasının ildönümü ərəfəsində şəhid ailəsinə 3 otaqlı mənzil hədiyyə etdi(®️) “AS Group Investment” ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.
31 Avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.
“AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb.
Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.
Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.
Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyazi İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
27 d. əvvəl
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir
-
- 28 d. əvvəl
- 32 d. əvvəl
-
43 d. əvvəl
Meta “Muse Spark 1.3” süni intellekt modelini istifadəyə verib
- 50 d. əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi ®
-
11 saat əvvəl
Tramp Hörmüz boğazı üçün yeni ad təklif etdi: “Tramp boğazı”
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Tramp Putinlə görüş üçün əsas şərti açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Tramp: Hücumların çox uzun çəkəcəyini düşünmürəm
PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi ®
Tramp Hörmüz boğazı üçün yeni ad təklif etdi: “Tramp boğazı”
Ən çox oxunanlar
Expressbankda 2 yeni təyinat!
İspaniyanın nəhəng bankı ilə Azərbaycandakı investisiya layihələrinin maliyyələşdirilməsi müzakirə edildi
ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Daşıyıcılara məsafəyə görə pul ödəniləcək - Bakıda avtobuslarla bağlı yeni sistem işə düşdü
Həyət evləri bazarında qiymətlər dəyişir: bina evləri yenidən investorların diqqətindədir ®























