Dekabrda qlobal ərzaq qiymətləri düşüb
FAO-nun Ərzaq Qiymətləri İndeksi dekabrda orta hesabla 133,7 bənd təşkil edib ki, bu da noyabrdan 0,9 faiz azdır, lakin 2020-ci ilin dekabrından hələ də 23,1 faiz çoxdur.Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dekabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.
Marja xəbər verir ki, FAO-nun Qlobal Ərzaq Qiymətləri İndeksi dekabr ayında azalsa da, 2021-ci ili son 10 ilin ən yüksək səviyyəsində bağlayıb.
Qlobal ərzaq qiymətləri 4 aylıq fasiləsiz artımdan sonra dekabr ayında bitki yağları və şəkər qiymətlərindəki geriləmə səbəbindən bir qədər azalıb.
FAO-nun Ərzaq Qiymətləri İndeksi dekabrda aylıq 0,9 faiz azalaraq 133,7 bənd olub. İndeks illik müqayisədə 23,1 faiz artıb. Dekabr ayında yalnız süd məhsulları alt indeksində aylıq artım qeydə alınıb.
FAO-nun 2021-ci ildə ərzaq mallarının qiymətləri indeksinin orta göstəricisi 125,7 olub. Sözügedən indeksin 2020-ci ildə orta göstəricisi 98,1 idi. Bütövlükdə 2021-ci ildə FAO-nun orta ərzaq qiymətləri indeksi 2020-ci ilə nisbətən 28,1 faiz yüksək olub.
İndeks bir sıra ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyir.
"Yüksək qiymətlərin istehsalın artmasına səbəb olacağı gözlənilsə də, davam edən qlobal pandemiya və getdikcə daha qeyri-müəyyən iqlim şəraiti 2022-ci ildə sabit bazar şərtlərinə qayıdışla bağlı nikbinliyə az yer qoyur", - FAO-dan bildirilib.
Cənub yarımkürəsində məhsul yığımından sonra tədarükün yaxşılaşması fonunda FAO Taxıl Qiymətləri İndeksi noyabr ayı ilə müqayisədə dekabrda 0,6 faiz azalıb. Bununla belə, bütün il ərzində FAO Taxıl Qiymətləri İndeksi 2012-ci ildən bəri ən yüksək illik səviyyəyə çatıb və 2020-ci ilə nisbətən orta hesabla 27,2 faiz yüksək olub, qarğıdalı qiymətləri 44,1 faiz, buğda qiymətləri 31,3 faiz artıb, düyü qiymətləri 4 faiz azalıb.
COVID-19-un təsirilə bağlı narahatlıqlarla əlaqəli olaraq FAO Bitki Yağı Qiymətləri İndeksi dekabr ayında 3,3 faiz azalıb. Bütövlükdə 2021-ci il üçün FAO Bitki Yağı Qiymətləri İndeksi 2020-ci ildən 65,8 faiz artaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
FAO-nun Şəkər Qiyməti İndeksi dekabr ayında 3,1 faiz azalaraq beş ayın ən aşağı səviyyəsinə düşüb, bu, Omicron variantının qlobal tələbata mümkün təsiri, eləcə də zəif Braziliya Realı və aşağı etanol qiymətləri ilə bağlı narahatlıqları əks etdirir. FAO Şəkər Qiyməti İndeksi 2021-ci ildə əvvəlki ildən 29,8 faiz artaraq 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.
FAO-nun Ət Qiyməti İndeksi dekabr ayında sabit qalıb, lakin 2021-ci ildə FAO Ət Qiyməti İndeksi 2020-ci ilə nisbətən 12,7 faiz yüksəlib.
Qərbi Avropa və Okeaniyada süd istehsalının azalması fonunda kərə yağı və süd tozu üçün beynəlxalq kotirovkalar artdığından, FAO Süd Məhsullarının Qiymətləri İndeksi dekabr ayında əvvəlki ayla müqayisədə 1,8 faiz yüksələn yeganə alt indeks olub. 2021-ci ildə FAO Süd Qiyməti İndeksi 2020-ci ildəkindən orta hesabla 16,9 faiz yüksək olub.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
12 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 4 saat əvvəl
-
-
7 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib






















