Bayden-Putin görüşü qlobal bazarlarda ümidləri artırıb
Qlobal bazarlar yeni həftəyə ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüş xəbəri ilə yüksək əhval-ruhiyyədə başlayıb.
Marja xəbər verir ki, keçən həftənin son ticarət günündə qlobal bazarlarda, Rusiya-Ukraynadan qaynaqlanan geosiyasi gərginlik və FED siyasətləri ilə bağlı narahatlıqlar ilə əlaqədar olaraq satışlar artsa da, yeni həftə iki liderin görüşəcəyi xəbəri ilə müsbət başlayıb.
ABŞ fond bazarları ötən həftəni azalma ilə başa vurub. S&P 500 Cümə günü 0,72%, tam həftə ərzində isə 1,58% ucuzlaşıb. Nasdaq 100 də cümə günü 1,14 faiz, həftəlik isə 1,71 faiz ucuzlaşıb. Nasdaq Kompozit İndeksi cümə günü 2020-ci ilin aprelindən bəri ilk dəfə texniki analizdə "ölüm qovşağı" modelinə daxil olub. Uzunmüddətli tendensiyaları izləmək üçün istifadə edilən və 50 günlük orta səviyyə 200 günlük orta səviyyədən aşağı düşdükdə formalaşan "ölüm qovşağı" daha çox geriləmənin davamı kimi şərh edilir.
Yeni həftənin ilk ticarət günündə ABŞ indeksləri Bayden və Putinin prinsipcə görüşmək barədə razılığa gəldiyi barədə xəbər ilə yüksəlib.
Asiya fond bazarları öz itkilərini qismən bərpa edib.
Keçən həftəni 1,93% həddində tamamlayan ABŞ-ın 10 illik istiqraz faizi bu səhər çox dəyişməyib. Qızılın unsiya qiyməti "təhlükəsiz liman" iştahının azalması ilə düşüb.
Ötən həftə iki ayda ilk dəfə olaraq həftəlik müqayisədə ucuzlaşan neft qiymətləri zəifdir. Bloomberg Dollar İndeksi 0,21% düşüb.
Fransa, ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya hücum etmədiyi təqdirdə görüşməyə razılaşdıqlarını açıqlayıb.
Fransa prezidenti Emmanuel Makron ABŞ və Rusiya liderlərinə Avropada təhlükəsizlik və strateji sabitliyi müzakirə etmək üçün görüş keçirməyi, ardınca isə müvafiq maraqlı tərəflərlə ikinci görüş keçirməyi təklif edib. Ağ Ev liderlərin prinsipial olaraq görüşmək barədə razılığa gəldiyini təsdiqləyib.
Ağ Evin sözçüsü Cen Psaki "Biz hər zaman diplomatiyaya hazırıq" deyib. Rusiya müharibə seçsə, biz də tez və ciddi cavab verməyə hazırıq. Və indi, deyəsən, Rusiya tezliklə Ukraynaya genişmiqyaslı hücuma hazırlaşır”, - deyə o bildirib.
Bayden administrasiyası həftələrdir Rusiyanın hücuma hazırlığı barədə xəbərdarlıq edərkən, Bayden sonuncu dəfə cümə günü Putinin bir neçə gün ərzində hərəkətə keçəcəyinə inandıqlarını söyləyib.
Bloomberg-ə danışan mövzuya yaxın mənbələr bildiriblər ki, ABŞ müttəfiqlərinə Rusiyanın Ukraynaya müdaxiləsinin birdən çox şəhəri əhatə edə biləcəyini bildirib.
Qərb rəsmilərinin mənbələri hücuma məruz qala biləcək şəhərlər arasında şimal-şərqdə Xarkov, cənubda isə Odessa və Xerson şəhərlərinin olduğunu bildirirlər. Bu günə qədər Ukraynanı işğal etməyi planlaşdırdığına dair iddiaları təkzib edən Rusiya fevralın 20-də Belarusla keçirdiyi hərbi təlimləri əvvəldən planlaşdırıldığı kimi dayandırmayıb və Rusiya qüvvələrinin Belarusda qeyri-müəyyən müddətə qalacağını açıqlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
17 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
-
27 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
























