Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Supermarket şəbəkəsində çoxsaylı vakansiyalar - mağaza direktoru, mütəxəssis, satıcı, kassir, sürücü...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Supermarket şəbəkəsində çoxsaylı vakansiyalar - mağaza direktoru, mütəxəssis, satıcı, kassir, sürücü...

“Bizim Market” supermarket şəbəkəsi Mağaza direktoru, Mağaza direktorunun müavini, kassir, satıcı, inventarlaşdırma üzrə mütəxəssis, sayım üzrə mütəxəssis, nəzarətçi, sürücü, fəhlə, xadimə vəzifələri üzrə vakansiyalar elan edib.

1. Mağaza direktoru

Reklam_3_11

Vəzifələr:

·Mağazanın ümumi fəaliyyətini təşkil edir;

·Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;

·Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir;

·Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;

·Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;

·Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;

·Xüsusi proqram vasitəsilə, işçilərin gündəlik davamiyyətinin qeydiyyatını aparır;

·İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;

·Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;

·Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;

·Mağazanın rəflərində etiket, elan və qiymət bildirmə metodlarının düzgün və əksiksiz aparılmasını təmin edir;

·Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir;

·Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;

·Mağazanın sanitariya və gigiyena şərtlərinə uyğun olmasını təmin edir;

·Mağazada oğurluq hadisələrinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirir;

·Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.

Tələblər:

·İdarəçi vəzifədə minimum 1 il, o cümlədən market sahəsində minimum 2 il iş stajı;

·Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;

·Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;

·İdarəçilik bacarıqları;

·Liderlik xüsusiyyətləri;

·MS Office proqramlarını bilməli;

·Satış texnikası və pərakəndə satış haqqında biliklərə malik olmalı.

Əmək şəraiti:

·Altı günlük iş həftəsi;

·Nahar təmin edilir;

·Şirkətdaxili karyera inkişafı;

·Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə

bilərlər.

https://qlor.me/l2fsx8ks

2. Mağaza direktorunun müavini

Əmək funksiyaları:

·Mağazanın idarəolunmasında mağaza direktoru ilə birgə iştirak edir;

·Mağaza qarşısında təyin edilmiş hədəflərə çatmaqda mağaza direktoruna dəstək verir;

·Əməkdaşların iş geyimlərinin, xarici görünüşünün qaydalara uyğun olmasına və müştərilərlə düzgün ünsiyyət qurmasına nəzarət edir;

·Mağaza əməkdaşlarının şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuiliyyətlə yerinə yetirməsinə nəzarət edir;

·İşçilərin gündəlik davamiyyətinə nəzarət edir və bu haqda mağaza direktoruna məlumat verir;

·Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;

·Mağazanın rəflərində etiket, elan və qiymət bildirmə metodlarının düzgün və əksiksiz aparılmasını təmin edir;

·Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirərək, daxili şöbələrdə və anbarda malların qablaşdırma vəziyyətinə və son istifadə tarixinə nəzarət edir;

·Mağazada oğurluq hadisələrinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirir;

·Ticarət zalında satıcıların işini idarə edir və onların işlədiyi əraziləri koordinasiya edir;

·Alıcılara təklif olunan malların çeşidinə və keyfiyyətinə nəzarət edir;

·Mağazaya alıcıların cəlb edilməsi üçün mağaza direktoruna təkliflər verir;

·Satışın və işin əsas göstəriciləri ilə bağlı günlük hesabatların tərtib olunmasında mağaza direktoruna dəstək verir;

·Mağaza direktorunun göstərişi ilə mağazanın açılış, bağlanış və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;

·Zəruriyyət yarandıqda mağaza direktorunu müvəqqəti ilə olaraq əvəz edir.

Tələblər:

·Market sahəsində minimum 1 il iş stajı;

·Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;

·Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;

·Təşkilatçılıq bacarığı;

·Liderlik xüsusiyyətləri;

·MS Office proqramlarını bilməli.

Əmək şəraiti:

·Altı günlük iş həftəsi;

·Nahar təmin edilir;

·Şirkətdaxili karyera inkişafı;

·Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə

bilərlər.

https://qlor.me/l2fsy14k

3. Kassir

İş haqqında məlumat:

·Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;

·Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək;

·Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.

Namizədə olan tələblər:

• Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;

• Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı;

• Riyazi bilik.

İş şəraiti

·6 günlük növbəli iş qrafiki;

·Şirkət hesabına nahar;

·Şirkət daxili təlim və inkişaf imkanları;

·Karyera yüksəlişi imkanı;

·Əmək haqqı 350 manat.

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.

https://qlor.me/l2fsua2e

4. İnventarlaşdırma üzrə mütəxəssis:

Namizədə olan tələblər:

·Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;

·Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;

·Pərakəndə sektorunda təcrübəli olmalı;

·Komanda ilə işləmək qabiliyyəti;

·Səbrli və nəzakətli;

·İşgüzar və hədəfyönlü;

·Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş haqqında məlumat:

·Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi (mağaza vitrinləri);

·Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;

·Əsas vəsaitlər siyahısının mütəmadi yenilənməsinin təşkil olunması;

·Aşkar olunan çatışmamazlıqlar barəsində hesabatların hazırlanması.

İş şəraiti:

·5 günlük iş həftəsi (ayın müəyyən günləri gecə növbəsi);

·Nahar şirkət tərəfindən təmin olunur;

·Əmək haqqı 400 AZN+bonuslar.

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.

https://qlor.me/l2fsthjz

5. Sürücü (Mərkəzi Anbar)

İş haqqında məlumat:

-Sifarişlərin anbardan təlimatlara uyğun şəkildə təhvil alınması;

-Məhsulların vaxtında və təhlükəsiz şəkildə çatdırılma prosesini həyata keçirmək.

Namizədə olan tələblər:

-Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;

-B, C kateqoriyalı sürücülük vəsəqəsi;

-Yol hərəkəti qaydaları biliyi yüksək seviyyədə;

-Bakı şəhərində əraziləri tanımalı;

-Ünsiyyətcil, mədəni və xoş ünsiyyət qurmaq bacarığı;

-Yaş həddi (30- 45 yaş).

-6 günlük iş qrafiki; (6 günlük, I-V günlər, saat 09:00-18:00: VI gün 10:00 - 14:00-dək)

-Şirkət hesabına nahar;

-Şirkət daxili təlim və inkişaf imkanları;

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Karyera yüksəlişi imkanı;

-Əmək haqqı 500 AZN + bonus

-Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.

https://qlor.me/l2ft67rz

6. Fəhlə:

Namizədə olan tələblər:

·Dürüstlük və məsuliyyətlilik;

·Fiziki sağlamlıq.

İş haqqında məlumat:

·Mağazaya gətirilən məsulların boşaldılması, daşınması və yerləşdirilməsi;

·Mağaza rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

·6 günlük növbəli iş qrafiki;

·Şirkət hesabına nahar;

·Əmək haqqı 300 manat;

·AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

·Karyera yüksəlişi imkanı.

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid edərək müraciət edə bilər.

https://qlor.me/l2fsrmu9

7. Xadimə

İş haqqında məlumat:

-Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq mağazanın ümumi təmizlik və

sanitariya işlərini yerinə yetirmək;

-Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

Namizədə olan tələblər:

-Təmizkarlıq, səliqəlik;

-Kollektivdə işləmək və ünsiyyət qura bilmək bacarığı;

-Punktual, işinə məsuliyyətli, diqqətli.

-6 günlük iş qrafiki;

-Şirkət hesabına nahar;

-Əmək haqqı 348 AZN

Vakansiya ilə maraqlanan namizədlər aşağıda qeyd olunan link üzrə keçid ederək müraciət edə

https://qlor.me/l2fsstr8

8. Nəzarətçi (Bizim Market)

İş haqqında məlumat:

-Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət

-Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;

-Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;

-Kassirlərin düzgün işləməsinə nəzarət edir;

-Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;

-Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;

-Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;

-Mağazanın açılışında və bağlanmasında iştirak edir

Namizədə olan tələblər:

-Dürüstlük, dəqiqlik və çeviklik;

-Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;

-Məsuliyyətli, nizam-intizamlı olmalıdır;

-Hərbi mükəlləfiyyətli;

-Yaş həddi: 20 – 35 yaş;

-Komandada işləmək bacarığı;

-Stressə davamlılıq;

-Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır

-6 günlük növbəli iş qrafiki;

-Şirkət hesabına nahar;

-Rəqabət yönümlü əmək haqqı;

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

-Karyera yüksəliş imkanı.

İş öhdəlikləri

-Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.

https://qlor.me/l2fsyu9c

9. Satıcı

İş haqqında məlumat:

-Vitrinlərin doldurulması, satışın həyata keçirilməsi;

-Müştərilərə yüksək səviyyədə xidmət göstərmək .

Namizədə olan tələblər:

-Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;

-Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.

-6 günlük növbəli iş qrafiki;

-Şirkət hesabına nahar;

-Şirkət daxili təlim və inkişaf imkanları;

-Əmək haqqı 320 manat;

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

-Karyera yüksəlişi imkanı.

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət

https://qlor.me/l2fszin3

10. Sayım üzrə mütəxəssis:

Namizədə olan tələblər:

·Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;

·Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;

·Pərakəndə sektorunda təcrübəli olmalı;

·Komanda ilə işləmək qabiliyyəti;

·Səbrli və nəzakətli;

·İşgüzar və hədəfyönlü;

·Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş haqqında məlumat:

·Sayıma hazırlıq prosesində iştirak etmək;

·Sayım prosesinin özündə iştirak etmək;

·Oğurluq, mal əksikliyi və bu kimi mənfi halların aşkar olunması;

·Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq.

İş şəraiti:

·6 günlük iş həftəsi (ayın müəyyən günləri gecə növbəsi);

·Nahar şirkət tərəfindən təmin olunur;

·Əmək haqqı 400 AZN+bonus.

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.

https://qlor.me/l2ft3h44

“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir. Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

BizimMarket vakansiya
27.04.2022 08:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ