Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

“Unibank”dan 100 milyon manatlıq böyümə

2022-ci ilin birinci yarısında “Unibank”ın cəmi gəlirləri 100 milyon manata yaxın olub, Bankın cəmi aktivləri isə 100 milyon manatdan çox artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank”dan 100 milyon manatlıq böyümə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Unibank” 2022-ci ilin birinci yarısı (yanvar-iyun dövrü) üzrə maliyyə göstəricilərini açıqlayıb.

GƏLİRLƏRİ ARTIB

Marja.az xəbər verir ki, “Unibank”ın faiz gəlirləri 2021-ci ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 20 milyon 774 min manat və ya 38% artaraq 75 milyon 487 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 48 min manat və ya 33% artaraq 24 milyon 256 min manata yüksəlib.

2022-ci ilin birinci yarısında “Unibank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 99 milyon 742 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 90 milyon 736 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 6 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 8 milyon 217 min manat ayırdığından hesabat dövrünü 790 min manat xalis mənfəət ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin birinci yarısında “Unibank”ın cəmi əməliyyat gəlirləri 72 milyon 921 min manat, cəmi əməliyyat xərcləri 60 milyon 942 min manat, əməliyyat mənfəəti 11 milyon 979 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma 8 milyon 63 min manat, xalis mənfəəti 3 milyon 915 min manat təşkil etmişdi.

“Unibank”ın cəmi əməliyyat gəlirlərinin 26 milyon 821 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 29 milyon 794 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığından əməliyyat mənfəəti 2 milyon 973 min manat azalıb.

BANK DAHA DA BÖYÜYÜB

2021-ci ilin sonu ilə müqayisədə “Unibank”ın cəmi aktivləri 104 milyon 376 min manat və ya 10% artaraq 30 iyun 2022-ci il tarixində 1 milyard 143 milyon 38 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 89 milyon 4 min manat və ya 12% artaraq 828 milyon 244 min manata çatıb.

"Unibank" istehlak kreditləri portfelini 61 milyon 746 min manat artıraraq 496 milyon 935 min manata, biznes kreditləri portfelini 24 milyon 177 min manat artıraraq 266 milyon 596 min manata, ipoteka krditləri portfelini isə 3 milyon 80 min manat artıraraq 64 milyon 714 min manata çatdırıb.

İlk 6 ayda “Unibank”da depozitlər 86 milyon 79 min manat və ya 12,2% artaraq 789 milyon 615 min manata yüksəlib.

MƏCMU KAPİTALI ARTIB

30 İyun 2022-ci il tarixində “Unibank” 109 milyon 613 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı 106 milyon manat təşkil etmişdi.

maliyyə unibank
25.07.2022 19:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ