Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
9 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 30 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0106022947 |
Emissiya həcmi | 30 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Faiz ödənişləri (olduqda) | 7 fevral 2023-cü il, 8 avqust 2023-cü il 6 fevral 2024-cü il, 6 avqust 2024-cü il 4 fevral 2025-ci il, 5 avqust 2025-ci il |
Faiz gəliri | 5 % |
Ödəmə tarixi | 05.08.2025 |
Anderrayter | “PAŞA Kapital İŞ” QSC |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Rabitəbank yeni konseptli Lənkəran filialının açılışını etdi
-
12 saat əvvəl
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
- 13 saat əvvəl
-
13 saat əvvəl
Milli Depozit Mərkəzi investorlara qiymətli kağızlar üzrə ödənişlərin məbləğlərini açıqladı
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan aviaşirkətinin gəliri və xalis mənfəəti kəskin azalıb
-
13 saat əvvəl
Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb - 26 TIR Bakıya yola salınıb
-
13 saat əvvəl
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yeni sözçü təyin edilib
-
14 saat əvvəl
Su israfını minimuma endirir, avadanlıqların ömrünü uzadır - NALCO Water
-
14 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb