Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Azərbaycanda orta maaş açıqlandı

Azərbaycanda orta maaş 12 ay ərzində 102,7 manat, iyun ayında isə 1,8 manat artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda orta maaş açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat olmuşdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Xatırladaq ki, 2022-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,0 faiz artaraq 825,3 manat olmuşdu.

2021-ci ilin yanvar-iyun aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat təşkil edib.

2022-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7 faiz artaraq 1 milyon 720,0 min nəfər olmuş, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

 

 

09.08.2022 13:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşet sağındakı reklam_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
InvestAZ