Azərbaycanda bal niyə bahalaşıb?
Azərbaycanda balın qiymətinin artması müşahidə olunur.
Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 manata almaq mümkün idisə, bu il qiymət 30 manatdır.
Bahalaşmanın olduğunu yerli istehsalçılar da etiraf edir. "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyir ki, qiymət artımı bal istehsalı üçün lazım olan ləvazimatların bahalaşması ilə əlaqədardır.
"Bal saxlamaq üçün bidon belə ölkəmizdə istehsal olunmur"
“Arıçılıqda istifadə olunan ən xırda alətlərdən tutmuş, bal süzən maşına, mum əridənə, arılara verilən dərmanlara qədər hamısı Azərbaycanca xaricdən, əsasən də Türkiyə və Rusiyadan, qismən isə İrandan gətirilir. Bal saxlamaq üçün bidon belə ölkəmizdə istehsal olunmur. Təqribən bir il olar ki, bu məhsulların qiymətləri xaricdə artıb. Buna görə də, yerli arıçılar da qiymətləri artırmaq məcburiyyətində qalıb. Ümumiyyətlə son 3-4 ildə bizdə balın qiyməti dəyişməyib. Biz bacardıqca gözlədik və bahalaşmaya getmədik. Amma artıq buna məcburuq və balın qiymətini hər kiloqramda 5 manat artırmışıq. Qiymətlərin artmasına Rusiya-Ukrayna müharibəsi də təsir edib. Ukraynadan bizə kifayət qədər avadanlıq gətirilirdi. İndi bu proses dayanıb. Xarkovda avadanlıq istehsal edən zavodlar var idi ki, onlar indi fəaliyyət göstərmir. Daşınma və gömrük xərclərini də nəzərə alanda qiymət artımı qaçılmazdır və bu proses davamlı ola bilər", - o qeyd edib.
"Azərbaycanın bal idxalına ehtiyacı yoxdur"
B.Həsrətov Azərbaycanda bal istehsalı ilə bağlı vəziyyətə də toxunub və ölkədə istehsalın ildən-ilə artdığını deyib: “Bu il Azərbaycanda hava şəraitinin kəskin olması məhsuldarlığa bir qədər mənfi təsir eləsə də, 3 il əvvəl ilə müqayisədə arı ailələrinin sayı iki dəfəyə yaxın artaraq 350 mindən 620 minə yüksəlib. Bu, o deməkdir ki, ölkədə arıçılığa maraq artıb. Arı ailələrinin sayının artmağı bal istehsalına da müsbət təsir edib. İşğaldan azad edilmiş torpaqlarda 20 min arı ailəsi yerləşdirilib ki, bu da istehsalın artımına gətirəcək.
Bizim bala olan illik tələbatımız təqribən 5 500 tondur. Yerli istehsalımız bu tələbatı artıqlaması ilə ödəyir. Azərbaycanda orta hesabla ildə 7 min tona yaxın bal istehsal edilir. Odur ki, bal idxalına ehtiyac yoxdur. Yerli bala maraq da xaricdən gətiriləndən daha çoxdur".
Onun sözlərinə görə, hazırda yerli arıçılar bal ixracını genişləndirməyə çalışır: "Yaponiyaya müəyyən həcmdə bal göndərmişik. Ərəb ölkələrinə də bal ixrac etməyə hazırlaşırıq. İsrail bizim balın nümunələrini aparıb və laboratoriyada yoxlanışdan keçirir. Bu vaxta qədər bal ixracımız az olurdu, yəni illik təqribən 20-30 min ton. Artıq ixracımızın artacağı gözlənilir. Çünki bizim bala maraq artıb. Bu günə kimi Ukrayna bal ixracına görə dünyada 4-cü idi. İndi orda müharibə gedir deyə regionda Azərbaycan balına maraq güclənib”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
8 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
9 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
9 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
9 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
9 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi





















