Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Logitech” cihazlarından maksimum faydalanın - FOTO, VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Logitech” cihazlarından maksimum faydalanın - FOTO, VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Logitech” məhsullarını maksimum effektiv istifadə edirsinizmi? Mühüm işlərə daha çox vaxtınızın olması üçün işinizin səmərəliliyini artırmaq məqsədi daşıyan proqram funksiyaları və vasitələrimizi kəşf edin.

Başlamazdan əvvəl hazırkı iş yerinizin qiymətləndirilməsinə vaxt ayırın. O, bütün iş günü ərzində rahatlığınızı təmin edirmi? Özünüzü daha rahat hiss etməyiniz üçün komfortlu iş yeri təşkil etdikdən sonra daha mürəkkəb şeylərə keçə bilərsiniz. İndi biz sizə canla-başla deyil, daha effektiv işləmək haqda danışacağıq.

BİR NEÇƏ CİHAZA QOŞULMA VƏ BİR-BİRİLƏRİ ARASINDA RAHAT KEÇİD

Siz çoxfunskional rejimdə çalışırsınız? Məsələn, iş məsələlərini kompüter arxasında həll edirsiniz, ailəniz və dostlarnızla telefonla danışırsınız və planşetdə xəbərlərlə tanış olursunuz? O zaman diqqətlə oxuyun.

“Logitech”in siçan və klaviaturalarının geniş seçimi sayəsində birdən çox cihaza eyni anda qoşula və “Easy-Switch” düyməsinə toxunaraq kompüterdən telefona və ya tabletə asanlıqla keçid edə bilərsiniz. Bu o deməkdir ki, siz kompüterdə hesabat hazırlayarkən bir toxunuşla telefona və ya planşetə keçid edə və orada ismarış yaza bilərsiniz. Siçan eyni anda 3 cihazla əlaqəni dəstəkləyəcək və asanlıqla bir düymə ilə onlar arasında keçid edəcək.  Məsələn, noutbuk, personal kompüter və iş maşını arasında.

“Logitech MX Anywhere & MX Master”

Yeni “Logitech MX Master 3” və “MX Anywhere 3” naqilsiz kompakt siçanlar həm “Windows”, həm də “Mac Wireless Compact Mouse” üçün istənilən yerdə və istənilən vaxtda maksimum sürət və performansı təmin edir. Onlar kontent yaradıcıları, proqramçılar və mobil analitiklər üçün idealdır. Yeni nəsil “MagSpeed” təkərciyi sayəsində kompakt siçan saniyədə 1000-dək sətri səssiz fırladır və avtomatik olaraq dilçək və supersürətli rejimlər arasında keçid edir ki, bu da kompakt siçan üçün ən yüksək dəqiqliyi təmin edir. “MX” premium sinif məhsullar ailəsinin sonuncu yeniliyi olan “MX Anywhere 3”, şüşə də daxil olmaqla, demək olar, istənilən səthdə işləmək üçün nəzərdə tutulub. Siz onu harada işləməyinizdən asılı olmayaraq özünüzlə apara bilərsiniz. Məsələn, mətbəxt masası, kafe, mağaza və ya kemperdə.

“Mac” üçün olan təkminləşdirilmiş “MX Master 3” naqilsiz siçan İsveçrədə hazırlanmış və istehsal olunmuş yeni nəsil “MagSpeed” təkərcikləri sayəsində dəqiq klikdən ultrasürətli rejimə səssiz şəkildə keçir.

“Darkfield 4000 dpi” sensoru ilə, demək olar, istənilən, hətta şüşə səthdə rahatlıqla işləyin və detallı dizayn üzərində çalışarkən lazım olan pikseli tapın. Komforta qayğı olaraq əllə yaradılmış “Mac” üçün olan “MX Master 3” böyük təkərciyə və düymələrə asanlıqla toxunmaq üçün baş barmaq üçün optimallaşdırılmış sahəyə malikdir. Konkret tətbiqlər üçün profillər “Adobe”, “Safari” və bir çox digər tənzimləmə parametrləri üçün iş prosesini optimallaşdırmağa imkan verir.

“LOGI OPTIONS+”LA DAHA PRODUKTİV OLUN

Siçan və ya klaviaturanın imkanlarını genişləndirmək üzərində düşünmüsünüz? Onda isə düymələri, demək olar, istənilən hərəkət üçün tənzimlənən, “macOS” və “Windows®” əməliyyat sistemlərinin dəstəklədiyi “Logi Options+” proqram təminatını yükləyin. Hətta konkret tətbiqlər üçün tənzimləmək yaratmaq olar. Məsələn, “İrəli” düyməsi ilə miqyasböyütməni işə salmaq və ya dayandırmaq, “Geriyə” düyməsi ilə mikrofonun səsini yandırmaq və söndürmək. Bundan başqa, jestlə idarəetməni tənzimləmək, “qaynar klavişlər” yaratmaq və s. şeylər etmək olar. Bununla da siz özünüzə komfortlu iş mühiti yarada bilərsiniz. Bu isə məsələlərin daha effektiv həllinə təsir edəcək və bunun nəticəsində onların həllinə daha az vaxt xərclənəcək və stresiniz aşağı düşəcək.

İŞ AXININDA OLUN

Bir neçə cihazla paralel işi yeni səviyyəyə qaldırın. “Logitech Options” proqram təminatında olan “Flow” funksiyası ilə daha məhsuldar olun.

“Flow” funksiyalı siçan və klaviatura ilə bir neçə cihazı idarə edin, kursoru bir ekranın küncündən digərinə keçirərək eyni anda iki kompüterdə işləyin. Siz, həmçinin müxtəlif əməliyyat sistemi olan (“Windows” və “macOS”) kompüterlər arasında “copy-paste”ın köməkliyi ilə mətn, foto və faylların mübadiləsini həyata keçirə bilərsiniz. 

Bir neçə cihazda tez və rahat şəkildə mətn çap etmək üçün isə “Flow” funksiyalı klaviatura kursorun kompüterlər arasında hərəkətini izləyir.

“MX Keys”

“Mac Advanced Wireless Illuminated Keyboard” üçün nəzərdə tutulmuş “MX Keys” klaviaturası barmaq uclarının formasına uyğun olan düymələri və intellektual işıqlandırması sayəsində mətn yazılışının rahatlığını təmin edir. Bunun sayəsində sizin əlləriniz klaviaturaya yaxınlaşdıqda o, ətraf işıqlandırmaya uyğunlaşa bilir ki, bu da sizin iş imkanlarınızı genişləndirir. Optimallaşdırılmış proqram təminatı sayəsində “MX Keys” asanlıqla “MacBook”, “iPad” və ya “iPhone”dan keçid etməyə imkan verir. “Mac” üçün olan həm “MX Master 3”, həm də “MX Keys” USB-C şarj cihazını dəstəkləyirlər və USB-C ilə dəst təqdim olunurlar. “Mac” üçün olan “MX Master 3” və “MX Keys”i şarj etmək üçün “Apple”ın şarj kabelindən istifadə edərək kabellərin sayını daha da azaldın. 

“Mac” üçün olan “K380” tənzimləmələrinizə mükəmməl şəkildə uyğunlaşır və heç bir problemsiz “MacBook”, “iPad” və ya “Easy-Switch” klavişli “iPhone” daxil olmaqla, sizin “Apple” cihazlarınızda çalışır. Yüngül və kompakt bu nazik müasir klaviatura bütün sevimli klaviş birləşmələriniz üçün xüsusi “Mac” klavişlərlə, həmçinin mətnlərin rahat və səssiz yazılması üçün qabarıq klavişlərlə təchiz olunub ki, bu da sizə durmadan işləməyə imkan verir. Onun qayğı tələb etməyən akkumlyatoru iki il ərzində xidmət edir və siz tənzimləmənizə daha uyğun olan rəngi seçə bilərsiniz.

İdeal iş yeri üçün nəyiniz əskikdir? Ola bilsin, siz həmkarlarınızın gözündə daha peşəkar görünmək üçün videozənglər zamanı dənəvərliliyi aradan qaldırmaq istərdiniz? Və ya, bəlkə, gün ərzində komfortla işləməyə əlləriniz üçün yumşaq klaviatura almağın vaxtıdır? Unutmayın: həyatımızın yaxşılaşmasına hamımız layiqik.

“Logitech” haqqında

Şirkət 22 ildən çoxdur ki, yüksəkkeyfiyyətli siçanlar və klaviaturaların istehsalı ilə məşğuldur. Təcrübəli nümunələrin layihələndirilməsi, hazırlanması, yaradılması və sınaqdan keçirilməsinə hərtərəfli yanaşma onların bütün əsas komponentlərinə tətbiq olunur. Əsas texnologiyalardan başlayaraq, konstruksiyanın rahatlığı və erqonomikliyinədək tamamilə bütün aspektlər işlənilir.

“Logitech” şirkətinin məhsullarını www.almastore.az, www.irshad.az, www.maxi.az, www.bakuelectronics.az, www.kontakt.az mağazalarından əldə edə bilərsiniz.

logitech siçan klaviatura
11.08.2022 10:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ