Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Marketlərdə endirimli qiymətlər – alıcılar nəyi bilməlidirlər?

Bu gün “Araz” supermarketlər şəbəkəsinin nümayəndəsi qiymət etiketlikləri haqqında bilmədiklərimizdən danışacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Marketlərdə endirimli qiymətlər – alıcılar nəyi bilməlidirlər?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son günlər sosial şəbəkələrdə izləyicilərin ən çox maraqlandığı mövzulardan biri endirimli qiymətlərin etiketləridir. Yəni, bəzən endirimli məhsulun üzərində 2 etiket olur və bu istehlakçılarda çaşqınlıq yarada bilir. Suallara aydınlıq gətirmək üçün “Araz” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Arzu Əliyevaya müraciət etdik.

-Müştəriləri ən çox narahat edən məqamlardan biri də endirimli qiymət etiketlikləri və bəzi uyğunsuzluqlar ilə bağlıdır. Bu cür halları necə izah edə bilərsiniz?

Reklam_3_11

-Satışda olan məhsulların hər birinin altında məhsulun adı, barkodu və satış qiyməti əks olunan ağ rəngli, kiçik ölçülü rəf etiketi yerləşdirilir. Məhsul endirimdə olanda, rəf etiketində həmçinin üzərindən çarpaz xətt çəkilən köhnə və yeni endirimli qiymət də göstərilə bilər.

Xüsusi kampaniyalar çərçivəsində endirimə düşən məhsulları fərqləndirmək üçün isə böyük endirim kağızından istifadə olunur. Nisbətən iri həcmli olan endirim kağızında məhsulun üzərindən xətt çəkilmiş köhnə qiyməti və yeni endirimli qiyməti göstərilir.

Bəzi hallarda əməkdaşların diqqətsizliyi nəticəsində həm rəf etiketi, həm də endirim kağızı eyni anda məhsulun üzərində sərgilənir. Bu halda rəf etiketi yalnız məhsulun hazırda kassada keçərli olan satış qiymətini göstərir.  

-Siz sistem haqqında məlumat verdiniz, çox sağ olun. Amma insanlar vaxtaşırı endirimli və endirimsiz qiymətin eyni olduğunu görüb bu mənqiti anlaya bilmirlər.

-Bəli, sizi çox yaxşı başa düşürəm. Mən özüm də market sektorunda çalışmazdan öncə, sadə bir istehlakçı kimi bu məsələni anlamırdım.

Təbii ki, müştəri rəf etiketi və endirim kağızını eyni anda görəndə bu vəziyyət onda çaşqınlıq yarada bilir. İnsanlar düşünürlər ki, məhsulun əvvəlki qiyməti indi endirimli qiymət kimi təqdim olunur.

-Bəs əslində necədir?

-Alıcılarımız suallarına cavab tapmaq üçün rəf etiketliyinin üzərindəki çap tarixinə baxa bilərlər. Çap tarixi kampaniya müddəti ilə üst-üstə düşürsə, deməli, burada heç bir yanlışlıq yoxdur və kassada endirimli qiymət keçərlidir. Əslində hər iki etiketin eyni anda olması doğru deyil və qeyd etdiyim kimi, bu hal insan amili - əməkdaşların diqqətsizliyi səbəbindən yaranır və burada məqsəd alıcını aldatmaq deyil. Bu halın müştərilərimizdə narahatlıq yaratdığını anlayırıq və vəziyyətin düzəldilməsi üzərində işləyirik.

-Daha bir məqam isə bəzən rəf qiymətlərinin kassa qiymətləri ilə üst-üstə düşməməsidir. Bu barədə nə deyə bilərsiniz?

-Böyük market şəbəkələrində məhsulun rəf qiyməti ilə kassa qiyməti arasında fərqin yaranmasının əsas səbəbi insan amilidir. İnsan amili dedikdə, yəni bilərəkdən edilməyən, amma nəticəsində alıcıları narahat edən nöqsanlar nəzərdə tutulur. Nöqsanlar hər yerdə var, amma biz nöqsanların minimallaşdırılması üzərində çalışırıq. Çünki müştərilərimizin etimadı ən dəyərli aktivlərimizdəndir.

-Daha konket danışsaq kassa və rəf qiymətlərinin fərqli olması hansı səbəbdən baş verir?

-Məhsul qiymətlərində dəyişikliklər zamanı qiymət kassada avtomatik olaraq yenilənir. Nəzərə alsaq ki, marketlərdə minlərlə məhsul çeşidi təqdim olunur və qiymətlərin rəflərdə dəyişdirilməsi fiziki olaraq müəyyən vaxt alır. Texniki səbəblərdən bəzən istər-istəməz əməliyyatlarda ləngimələr olur. Vitrində dəyişiklik edilənə kimi istənilən birimiz hansısa məhsulu alırıqsa, nəticədə təəssüf ki, kassada qiymət fərqi yaranır.

-Burada istehlakçıların iştirakı nədən ibarətdir?

-Nümunə üçün deyək ki, mağazaya daxil olan müştəri alış-veriş zamanı istədiyi məhsulu vitrindən götürür, tərkibini incələyir və yenidən vitrinə qoyur. Bəzi hallarda bu məhsulu geri qoyan zaman əvvəlki yerinə deyil, digər məhsulların sırasına yerləşdirir. Bu zaman növbəti müştəri həmin məhsulu öz yerində deyil, digər məhsulların arasında görür. Belə olan halda təbii ki, fərqli qiymət alıcılarda çaşqınlıq yaradır. Xoşagəlməz halların yaranmaması, vitrinlərə nəzarətin gücləndirilməsi üçün satıcılar daima təlimatlandırılır.

-Deyək ki, alıcı qiymət fərqini gördü. Nə etməlidir?

-Bu barədə “Araz” supermarketlərində məlumatlandırıcı lövhələr quraşdırmışıq. Burada alıcı məmnuniyyətinə hədəflənən 4 prinsip əks olunub:

1) Marketlərimizdən alınan məhsullar kassa çeki və ya qəbzi təqdim olunmaqla 15 gün ərzində geri qaytarıla bilər;

2) Müştəri alış-veriş zamanı istifadə müddəti bitmiş məhsul aşkar edərsə, yeni məhsul ona hədiyyə verilir;

3) Marketlərdə çap xətası ilə əlaqədar hansısa məhsulun qiyməti aşağı elan edilərsə, bu qiymət kassada da keçərlidir;

4) Marketdə rəf qiyməti ilə kassa qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) aşağı olan qiymət keçərlidir. Mağazalarımızda bu prinsiplərə riayət edilir.

Həmçinin mağazamızın 95 %-də barkodu oxuyan cihazlar var ki, alıcılar kassaya yaxınlaşmadan da qiymətlər barədə məlumat ala bilərlər.

-Müştərilərin sorğuları necə dəyərləndirilir?

-Müştəri xidmətləri üzrə nümayəndələrimiz müraciətləri araşdırır və çevik həlli üçün çalışır. Sosial şəbəkələr vasitəsilə izləyiciləri istehlakçı hüquqları barədə məlumatlandırırıq. İnsan amili olan yerdə təbiidir ki, müəyyən nöqsanlar da yarana bilər və biz müştərilərimizi narahat edən istənilən məsələyə görə məsuliyyətimizi dərk edirik. “Araz” supermarketlər şəbəkəsi olaraq, alıcılarımızın əsas ehtiyacı olan məhsulları onlara mümkün olan yaxşı keyfiyyət və mümkün aşağı qiymətlərlə təqdim etməyə çalışırıq. Əsas hədəfimiz ədalətli ticarət və müştərilərimizin məmnuniyyətidir.

İstehlakçılara daha yaxşı xidmət göstərə bilmək məqsədilə müştərilərimizdən bu kimi hallarla bağlı (012) 404-12-36 əlaqə nömrəsi, 924 qaynar xəttimiz, [email protected] e-mail ünvan və ya sosial şəbəkə hesablarımız vasitəsi ilə bizə məlumat vermələrini xahiş edirik.

endirimli qiymətlər retail araz-supermarket Arzu Əliyeva market satış qiyməti
30.08.2022 11:30

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ