Daha bir bank 2022-nin 9 ayında mənfəət ilə işləyib
"Bank Avrasiya" ASC 2022-ci ilin 9 ayını (yanvar-sentyabr) 1 milyon 91 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 2 milyon 798 min manat xalis zərər ilə bağlamışdı.
30 Sentyabr 2022-ci il tarixində "Bank Avrasiya" ASC-nin bölüşdürülməmiş mənfəəti 21 milyon 124 min manat təşkil edib.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Bank Avrasiya"nın faiz gəlirləri 456 min manat və ya 5,2% artaraq 9 milyon 228 min manat, qeyri-faiz gəlirləri isə 532 min manat və ya 34,8% artaraq 2 milyon 59 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Bank Avrasiya"nın faiz xərcləri 24 min manat və ya 1,7% arataraq 1 milyon 408 min manat, qeyri-faiz xərcləri isə 771 min manat və ya 19% aratarq 4 milyon 837 min manat təşkil edib.
Beləliklə, əməliyyat gəlirlərinin 988 min manat artmasına qarşılıq əməliyyat xərcləri 795 min manat artıb. Yəni, gəlirlərdəki artımın 80%-ni xərclərdəki artım silib. Nəticədə, qalan 20%-lik hissə əməliyyat mənfəətində 193 min manatlıq artım yaradıb.
2022-ci ilin 9 ayında "Bank Avrasiya" ASC-nin cəmi əməliyyat gəlirləri 11 milyon 288 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 245 min manat, əməliyyat mənfəəti 5 milyon 42 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 10 milyon 299 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 450 min manat, əməliyyat mənfəəti 4 milyon 849 min manat təşkil etmişdi.
2022-ci ilin 9 ayında "Bank Avrasiya" 5 milyon 42 min manat əməliyyat mənfəətinin 3 milyon 952 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Nəticədə Bank 9 ayı 1 milyon 91 min manat xalis mənfəət ilə bağlayıb. Ötən ilin 9 ayında "Bank Avrasiya" 4 milyon 849 min manat əməliyyat mənfəətinə qarşı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 7 milyon 647 min manat ayırdığı üçün həmin dövrü 2 milyon 798 min manat xalis zərər ilə bağlamışdı.
Kreditlər Bank üçün gəlir formalaşdıran əsas aktiv bölməsidir. 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10 milyon 671 min manat və ya 9,3% artaraq 124 milyon 892 min manata çatıb. Bankın istehlak kreditləri portfeli 3 milyon 75 min manat, biznes kreditləri portfeli 835 min manat, ipoteka kreditləri portdeli 6 milyon 761 min manat artıb.
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın cəmi aktivləri 38 milyon 56 min manat və ya 22,7% artaraq 205 milyon 500 min manata yüksəlib. Bankın qiymətli kağızlara investisiyalarında da artım baş verib.
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın depozit portfeli 14 milyon 363 min manat və ya 28,7% artaraq 64 milyon 431 min manata yüksəlib.
Cari ilin 9 ayı ərzində "Bank Avrasiya"nın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 22 milyon 346 min manat və ya 50% artaraq 67 milyon 68 min manata yüksəlib.
30 Sentyabr 2022-ci il tarixində "Bank Avrasiya" ASC 72 milyon 344 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 70 milyon 932 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Ən çox oxunanlar
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ




















