Türkiyə kapitallı bank Azərbaycanda gəlirlərini artırıb - MALİYYƏ VƏZİYYƏTİ
“Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəəti 2 milyon 826 min manat və ya 59% artıb.“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 391 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 746 min manat xalis zərər ilə bağlamışdı. Ötən il xalis zərər mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırma ilə əlaqədar idi. Cari ildə Bankın gəlirləri artdığından əməliyyat mənfəəti yaranıb.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında“Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 1 milyon 605 min min manat və ya 9,5% artaraq 18 milyon 533 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 393 min manat və ya 34% artaraq 13 milyon 393 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında “Yapı Kredi Bank Azərbaycan"ın faiz xərcləri 505 min manat və ya 50% arataraq 1 milyon 514 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 667 min manat və ya 7,9% artaraq 22 milyon 781 min manat təşkil edib.
Beləliklə, Bankın əməliyyat gəlirlərinin 4 milyon 998 min manat artmasına qarşılıq əməliyyat xərcləri 2 milyon 172 min manat artıb. Yəni, gəlirlərdəki artımın 44%-ni xərclərdəki artım silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 2 milyon 826 min manat və ya 59% artım baş verib.
2022-ci ilin 9 ayında “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 31 milyon 926 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 295 min manat, əməliyyat mənfəəti 7 milyon 631 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 6 milyon 755 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb və 484 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 26 milyon 928 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 123 min manat, əməliyyat mənfəəti 4 milyon 805 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 5 milyon 89 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmışdı və 463 min manat mənfəət vergisi ödəmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2021-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayında “Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 44 milyon 35 min manat və ya 25,2% artaraq 218 milyon 948 min manata çatıb. Bank 30 Sentyabr 2022-ci il tarixində 379 milyon 565 min manat cəmi aktivlərə malik olub. Hüquqi şəxslərin hesablarındakı vəsaitlərinin azalması nağd pul vəsaitlərinin də azalması ilə Bankın cəmi aktivlərinə təsir edib.
2022-ci ilin 9 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın biznes kreditləri portfeli 38 milyon 212 min manat artaraq 155 milyon 467 min manata, istehlak kreditləri portfeli 2 milyon 760 min manat artaraq 42 milyon 911 min manata, ipoteka kreditləri portfeli isə 3 milyon 64 min manat artataq 20 milyon 570 min manta çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2022-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 75 milyon 120 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 74 milyon 316 min manat məcmu kapitala malik idi. Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 30.70% (norma 5%), məcmu kapitalın adekvatlıq əmsalı 31.91% (norma 10%) və leverec əmsalı 18.17% təşkil edib.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 gün əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®























