Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda 5-ci böyük bankın maliyyə vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 5-ci böyük bankın maliyyə vəziyyəti məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aktivlərinin həcminə görə Azərbaycan bankları arasında 5-ci yeri tutan "Bank Respublika" ASC böyüməkdə davam edib. Bankın aktivləri 1,5 milyard manat səviyyəsini də ötüb. 

Marja.az xəbər verir ki, "Bank Respublika"nın cəmi akrtivləri 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 317 milyon 50 min manat və ya 25,7% artaraq 1 milyard 549 milyon 417 min manata çatıb. Bank ötən ilin sonunda 1 milyard 232 miylon 367 min manat cəmi aktivlərə malik idi. 

Reklam_3_11

KREDİT PORTFELİ BÖYÜYÜB

"Bank Respublika"nın cəmi aktivlərin artması əsasən müştərilərə verilən kreditlərin və nağd pul vəsaitlərinin artmasından qaynaqlanır.

"Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 194 milyon 863 min manat və ya 27% artaraq 914 milyon 804 min manat çatıb. O cümlədən, Bankın biznes kreditləri portfeli 93 milyon 757 min manat artaraq 610 milyon 705  min manata, istehlak kreditləri portfeli 87 milyon 541 min manat artaraq 228 milyon 252 min manata, ipoteka kreditləri portfeli isə 13 milyon 600 min manata artaraq 75 milyon 606 min manata yüksəlib.

BANKDA DEPOZİTLƏR ARTIB

"Bank Respublika"nın depozit portfeli 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 141 milyon 697 min manat və ya 17,7% artaraq 943 milyon 262 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 103 milyon 191 min manat artaraq 511 milyon 602 min manata, hüquqi şəxslərin depozitləri isə 38 milyon 506 min manat artaraq 431 miylon 660 min manata yüksəlib.

"Bank Respublika"nın xalis mənfəəti 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 991 min manat və ya 57,8% artaraq 19 milyon 91 min manat təşkil edib. Bank 2021-ci ilin 9 ayında 12 milyon 100 min manat xalis mənfəət əldə etmişdi.

"Bank Respublika"nın faiz gəlirləri 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 591 min manat və ya 56,5% aratraq 98 milyon 551 min manat, qeyri-faiz gəlirləri isə 11 milyon 888 min manat və ya 73% artaraq 28 milyon 140 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 126 milyon 691 min manat olub.

"Bank Respublika"nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 386 min manat artaraq 102 milyon 522 min manat təşkil edib.

Beləliklə, cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirləri) 47 milyon 479 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 30 milyon 386 min manat artıb. Gəlirlərdəki artımın 64%-ni xərclərdəki artım silib. Nəticədə, "Bank Respublika"nın əməliyyat mənfəəti 17 milyon 93 min manat artaraq 24 milyon 169 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 7 milyon 76 min manat əməliyyat mənfəəti əldə etmişdi.

Eyni zamanda,cari ilin 9 ayında mümkün zərərlər üçün yaradılan ehtiyatdan 1 milyon 702 min manat qayıdıb və mənfəətə əlavə olunub. Ötən ilin eyni dövründə mümkün zərərlər üçün yaradılan ehtiyatdan 5 milyon 24 min manat qayıtmışdı. 

30 Sentyabr 2022-ci il tarixində "Bank Respublika" ASC 119 milyon 42 min manat məcmu kapitala malik olub ki, bu da minimal tələbdən (50 milyon manat) 2,4 dəfə çoxdur.

Bank Respublika
26.10.2022 14:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ