Əhalinin böyük məbləğdə əmanət yatırdığı "AccessBank"ın vəziyyəti məlum oldu
100% xarici sərmayəli bank olan "AccessBank" QSC 2022-ci ilin 9 ayını (yanvar – sentyabr) 5 milyon 269 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 917 min manat xalis zərər ilə bağlamışdı. Cari ilin xalis mənfəəti gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "AccessBank"ın faiz gəlirləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 27 milyon 542 min manat və ya 37,9 % artaraq 100 milyon 264 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 86 min manat və ya 14,6 % artaraq 8 milyon 541 min manat təşkil edib.
"AccessBank"ın faiz xərcləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 6 milyon 738 min manat və ya 19,6% artaraq 41 milyon 107 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 694 min manat və ya 14,6% artaraq 52 milyon 671 min manat təşkil edib.
Beləliklə, 2022-ci ilin 9 ayında "AccessBank"ın əməliyyat gəlirlərinin 28 milyon 628 min manat artmasına qarşılıq əməliyyat xərcləri 13 milyon 432 min manat artıb. Yəni, gəlirlərdəki artımın 47%-ni xərclərdəki artım silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 15 milyon 196 min manat artım baş verib.
2022-ci ilin 9 ayında "AccessBank"ın cəmi əməliyyat gəlirləri 108 milyon 805 min manat, cəmi əməliyyat xərcləri 93 milyon 778 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 27 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 9 milyon 758 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "AccessBank"ın cəmi əməliyyat gəlirləri 80 milyon 177 min manat, cəmi əməliyyat xərcləri 80 milyon 346 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 169 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 748 min manat ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
"AccessBank"ın kredit portfeli (müştərilərdəki cəmi kreditlər) 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 132 milyon 948 min manat və ya 21% artaraq 30 Sentyabr 2022-ci il tarixində 765 milyon 424 min manat təşkil edib. O cümlədən, istehlak kreditləri portfeli 60 milyon 896 min manat artaraq 147 milyon 117 min manata, biznes kreditləri portfeli 73 milyon 505 min manat artaraq 612 milyon 874 min manata çatıb, ipoteka kreditləri portfeli isə 1 milyon 453 min manat azalaraq 5 milyon 433 min manata düşüb.
BANK DAHA DA BÖYÜYÜB
30 Sentyabr 2022-ci il tarixində "AccessBank"QSC 1 milyard 52 milyon 83 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 932 milyon 150 min manat cəmi aktivlərə malik idi (cəmi aktivləri 119 milyon 933 min manat və ya 12,9% artıb).
DEPOZİTLƏR 800 MİLYON MANATI AŞIB
Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında "AccesBank"ın depozit portfeli 112 milyon 354 min manat və ya 16,3% artaraq 802 milyon 182 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 117 milyon 74 min manat artaraq 675 milyon 47 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 4 milyon 720 min manat azalaraq 127 milyon 135 min manata düşüb.
30 Sentyabr 2022-ci il tarixində "AccessBank" 87 milyon 851 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-ci il tarixində 79 milyon 666 min manat idi).
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 gün əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®























