Gələn il üzrə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri açıqlandı
Gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlir və xərcləri 212 milyon 668 min 344,50 manat məbləğində proqnozlaşdırılır.
Bu, Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.
Sənədə əsasən, İSF-nin büdcəsinin xərcləri aşağıdakı istiqamətklərdə həyata keçiriləcək:
- işsizliyə görə sığorta ödənişləri- 11 milyon manat;
- peşə hazırlığı və əlavə təhsilin təşkili – 22 milyon manat;
- peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi – 2 milyon manat;
- əmək yarmarkalarının və əmək birjalarının təşkili – 500 min manat;
- haqqı ödənilən ictimai işlərin təşkili – 3 milyon 500 min manat
- özünüməşğulluq tədbirlərinin təşkili – 87 milyon 521 min 146, 76 manat
- sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi – 2 milyon manat;
- peşə standartlarının hazırlanması – 1 milyon manat;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri – 44 milyon 647 min 197, 75 manat.
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri 35 milyon manat;
- sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi üçün kvotadan əlavə iş yerlərinin yaradılması – 1 milyon manat;
- sosial müəsisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi – 1 milyon 500 min manat;
- qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdətutulmuş digər aktiv tədbirlər – 1 milyon manat.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 43 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























